Eşitmə aparatları – zəif eşitmə problemi yaşayanlar üçün həll

Eşitmə aparatları – zəif eşitmə problemi yaşayanlar üçün həll

Eşitmə zəifliyi dünyada milyonlarla insana təsir edən sağlamlıq məsələsidir. Ümumdünya sağlamlıq təşkilatının ( ÜST ) 2050 – ci ilə qədər təxmini 2.5 milyard insan fərqli eşitmə dərəcələri yaşayacağını və ən az 700 milyon insanın eşitmə reabilitasiyasına ehtiyac qalacağını proqnozlaşdırır. Eşitmə cihazları eşitmə zəifliyi olan şəxslərin səsləri daha aydın eşitməsinə, bunun sayəsində ünsiyyətin daha rahat olmasına kömək edən tibbi cihazlardır.

Eşitmə aparatları, zəif eşitmə problemi yaşayanlar üçün həll​.

Eşitmə cihazları ətrafdakı səsləri toplayaraq yüksəldən, bunun sayəsində səslərin daha aydın eşitməsini təmin edən, qulağın arxasında və ya içində olan kiçik elektronik cihazlardır. Bu cihazların hər biri səsləri daha anlaşılan vəziyyətə gətirən funksiyalara malik mikrofon, amplifikator və generator olmaqla  3 əsas hissədən ibarətdir.

Mikrofon : ətrafdan gələn səsləri toplayaraq elektrik siqnallarına çevirir.

Amplifikator : Mikrafondan gələn elektrik siqnallarını eşitmə zəifliyinin dərəcəsinə, ətrafdakı səslərin səviyyəsinə görə analiz edir və tənzimləyir. Səslər burada işləndikdən sonra yəni filtrasiyadan keçəndən sonra siqnallar generatora ötürülür.

Dinamik: Bəzi hallarda qəbul edici adlandırılaraq gücləndirilmiş səs siqnallarını birbaş qulağa ötürən hissədir.

Eşitmə sağlamlığı sadəcə səsləri eşitmək üçün deyil, insanın sosial həyata aktiv qatılması üçün də önəmlidir. Eşitmə cihazları, xüsusilə xəstəlik, yaşlanma və ya gurultu kimi səbəblərlə daxili qulaqdakı tükcüklü hüceyrələrin zədələndiyi sensonevral eşitmə zəifliyi olan xəstələrin səsləri daha yaxşı eşitməsinə kömək edir. Bu cihazlar sayəsində sağlam qalan tükcüklü hüceyrələr daha böyük titrəşmələri qəbul edir və bunları beyinə ötürən sinir siqnallarına çevirir. Bununla belə eşitmə cihazları çox ağır dərəcəli eşitmə zəifliyi və ya tam eşitmə itkisində fayda verməyə də bilər.

Eşitmə aparatları və növləri

Eşitmə cihazları əsasən ətrafdakı səsləri toplayaraq gücləndirmək və istifadəçinin daha aydın eşitməsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Lakin yerləşdirildikləri bölgəyə və dizayn xüsusiyyətlərinə görə fərqli növlərə bölünür.

Qulaq arxası eşitmə aparatları

  • Qulaq arxası eşitmə cihazları ( BTE) , qulağın arxasına yerləşdirilən bir gövdə və oradan qulağa nazik boru vasitəsilə səsi ötürərək işləyir. Yüngül eşitmə zəifliyindən ağır dərəcəyə qədər geniş diapazonda istifadə edilə bilər. Uşaqlar böyüdükcə qulaq qəliblərinin mütəmadi dəyişdirilməsi lazım olduğuna görə bu cihazlar daha çox təyin edilir.
  • Qulaq içində dinamiki olan qulaq arxası cihazlar (RİC), bu cihazlar qulaq arxası eşitmə cihazlarına bənzəyir, ancaq daha kiçik arxa modelə sahibdir. Bu cür cihazlar incə kabel vasitəsilə qulağın içindəki dinamikə bağlanır.
Eşitmə aparatların qiyməti .

 

  • Qulaq içi eşitmə cihazları (İTE),  xarici qulaq keçəcəyinə tam oturacaq şəkildə fərdi olaraq hazırlanır. Ətraf səsləri gücləndirərək istifadəçinin daha yaxşı eşitməsinə kömək edir.
  • Kanal içi eşitmə cihazları ( İTC) , qulaq kanalının içinə yerləşdirilir və qulaq içi cihazlara bənzəyir amma daha kiçikdir, estetik baxımdan daha az görünən olmasına baxmayaraq ağır dərəcəli eşitmə zəifliyində təyin edilmir.

Eşitmə cihazı seçərkən diqqət yetirilməli məqamlar

Eşitmə cihazı seçərkən insanlar üçün cihaz qiyməti və ən yaxşı eşitmə cihaz modelinin hansı olması daha çox əhəmiyyət kəsb edir. Düzgün cihaz şəxsin ehtiyaclarını ən yaxşı qarşılayan cihazdır. Buna görə də eşitmə cihazı seçimində bunlara diqqət etmək lazımdır:

İşitme testi etmək   

Eşitmə testindən keçmək: eşitmə zəifliyinin dərəcəsini müəyyən edən bu test sayəsində mütəxəssislər istifadəçiyə cihaz tövsiyyə edə bilər. Məsələn, qulaq arxası cihazlar hər dərəcəli eşitmə zəifliyi zamanı təyin edilərkən, qulaq içi cihazlar isə yalnız yüngül və orta dərəcəli eşitmə zəifliyi zamanı təyin edilir.

Cihaz tipinin seçilməsi : Hal -hazırda model olaraq qulaq arxası, qulaq içi və ya tamamən kanal içi kimi fərqli eşitmə cihazları hər yerdə tapmaq mümkündür. Hansı tip cihazın seçilməsi üçün eşitmə zəifliyinin dərəcəsi, həmin şəxsin yaşı , qulaq pərdəsinin tamlığı, qulaq kanalının quruluşu, cihazın istifadə rahatlığı, görünməzlik kimi faktorlar nəzərə alınmalıdır.

Əlavə özəlliklər : İnkişaf edən texnologiya sayəsində bu dövrdə eşitmə cihazlarının istifadəçi ehtiyaclarına görə tənzimlənən bir çox funksiyaları da mövcuddur. Məsələn, cihazların bəziləri arxa fonda gurultunu filtrləyərək xüsusilə səs-küylü və ya izdihamlı şəraitdə səsin daha aydın ayırd edilməsini təmin edir.  

Eşitmə cihazları eşitmə zəifliyi olan xəstələrin daha yaxşı eşitməsini və sosial həyata daha çox qatılmasını təmin edir. Sizdə də hər hansı bir səviyyədə eşitmə problemi varsa mütəxəssis qəbuluna gedərək uyğun eşitmə cihazı almağı gecikdirməyin.

Nələrə diqqət etməlisiniz?

Eşitmə cihazı alarkən bu 4 məqama diqqət etməyi unutmayın:

İşitme kaybı

Eşitmə testi və mütəxəssis rəyi

Eşitmə mütəxəssisi, eşitmə zəifliyinizin növünə və dərəcəsinə görə sizin üçün ən uyğun cihazı tövsiyə edəcəkdir.

Yaşayış standartlarınız və gündəlik fəaliyyətləriniz

Gündəlik həyatınızı dəstəkləyən bir eşitmə cihazı seçmək, daha aktiv və müstəqil bir həyat sürməyinizə kömək edəcəkdir.

İncə hərəkət  bacarıqlarınıza uyğun cihaz seçin

İncə hərəkət bacarıqları zəif olan şəxslər və ya uşaqlar kiçik hissələri olan, batareyalı cihazları istifadə etməkdə çətinlik çəkə bilər.

Almaqdan əvvəl yoxlayın

Eşitmə cihazı almaqdan əvvəl sınaq müddəti təklif edən mərkəzlərə üstünlük vermək, cihazın sizə uyğun olub-olmadığını anlamağa kömək edəcəkdir.

Sizi Maraqlandıra biləcək Digər Mövzular

  • All Posts
  • Genel
Avis Eşitmə Mərkəzi © 2025
vozol cilingir