Tez-tez soruşulan suallar

Eşitmə cihazları və xidmətlərimiz haqqında ən çox verilən sualları topladıq. Buradan cavabları tapa bilər, əlavə suallarınız üçün isə bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz.

Eşitmə cihazını daima istifadə etməliyəm ?
Eşitmə zəifliyinin müalicə və ya əməliyyatla aradan qaldırılması mümkün deyilsə, bu artıq qalıcı bir prosesdir və eşitmə cihazı ilə zəifliyin getdikcə artmasının qarşısı alınmalıdır , amma bu o demək deyildir ki, cihaz istifadə edilərsə tamamilə bərpa olar, eşitmə zəifliyi sinir mənşəlidirsə şəxs əvvəlki kimi eşidə bilməz, ancaq cihaz vasitəsilə daha yaxşı eşidə bilər, sözlərin düzgün anlaması və ayırd edilməsi rahat olar, ünsiyyət zamanı çətinlik çəkməz.
Qulağımda küy var, cihazın buna faydası olarmı?
Eşitmə zəifliyi ilə yanaşı qulaqda küy olan şəxslərdə cihaz təyinatında tinnitus müalicəsi olan cihazlar seçilməlidir. Belə cihazlar həm şəxsin eşitmə zəifliyinin qarşısını almaqla yanaşı xüsusi tinnitus proqramı vasitəsilə bu problem də getdikcə aradan qalxır və artıq xəstəni narahat etmir. Hər şəxsin qulaqdakı səsinin hansı tezlikdə və ya hansı şiddətdə olmasına uyğun terapiya seçilir və istifadəsi ətraflı şəkildə izah edilir. Faydasının yüksək nisbətdə olması ilə bərabər hətta cihazı ilk dəfə yoxlayarkən belə pasientlər küyün çox azaldığını söyləyır.
Eşitmə cihazı isitfadə edərsəm qulağım tənbəlləşərmi ?
Eşitmə zəifliyi olan şəxslərdə qulaq öz funksiyasını düzgün şəkildə yerinə yetirə bilmədiyi üçün ünsiyyətdə çətinlik çəkir. Bu isə zamanla getdikcə artır və sözlərin anlaması, qavraması, ayırd olunması faiz olaraq aşağı düşməyə başlayır. Yəni vaxtında düzgün təyin edilmiş və doğru ayarlanmış cihazlar qulağı tənbəlləşdirməz tam əksinə eşitmə zəifliyinin artmasının qarşısını alar.
Cihaza öyrəşmə nədir ? İstifadə edərkən narahatlıq verərmi ?
Eşitmə cihazı istifadəsindən əvvəl eşidə bilmədiyiniz səsləri cihaz taxandan sonra birdən birə daha yaxşı eşidəcəyiniz üçün ilk 4 həftəlik adaptasiya qaydalarına riayət edilməlidir. İlk həftələrdə sakit və qapalı şəraitdə, daha sonra küçə və ya səsli-küylü yerlərdə istifadə edilməlidir. Cihazlar yüngül və kiçikdir, həm də qulaq quruluşuna uyğun hazırlanmış qəlib vasitəsilə istifadə olduğuna görə narahatlıq vermir, həmçinin cihazlar hər pasientin eşitmə zəifliyinə uyğun ayarlandığına görə həddən çox yüksək səs də verməz.
Qulaq pərdəsi yoxdur (və ya deşikdir) , cihaz istifadəsində problem olarmı ?
Qulaq pərdəisndə perforasiya olarsa eşitmə cihazı əlbəttə istifadə oluna bilər, sadəcə diqqət edilməli nüans - belə qulaqda axıntı və infeksiya riski daha çox olduğu üçün cihazlar buna uyğun seçilməli və pasientə ətraflı məlumat verilməlidir.
Necə bir eşitmə cihazı istifadə etməliyəm ?
Təcrübəli mütəxəssis tərəfindən şəxsin eşitmə zəifliyinin dərəcəsi , tipi, qulaq kanalının quruluşu, pasientin yaşı da nəzərə alınmaqla ona özəl cihaz seçilərək ilk öncə cihazın səsinə qulaq asdırılır , düzgün şəkildə tənzimləyib təyin edilir.
Eşitmə cihazı haradan alınmalıdır, nələrə diqqət edilməlidir?
Cihazın beynəlxalq markalı olması və güvənilən firmadan alınması ən önəmli nüansdır, cihazın istifadə müddəti ərzində yarana biləcək problemləri həll edən və məsuliyyət daşıyan firma olması bu səbəbdəndir. İstifadəçidən də çox şey asılıdr, amma hər bir halda istər istifadəçi xətası , istər istehsalçı səhvi səbəbindən cihazda nasazlıq yaranarsa təmir edilməlidir. İstənilən vaxt düzgün və ödənişsiz ayarlanmalıdır. Ara-sıra profilaktik məqsədlə kontrol müayinələr pulsuz olmalıdır.
Nə üçün ağır eşidən qulağa deyil, nisbətən yaxşı eşidən qulaq üçün cihaz təyin edilir ?
Əgər hər iki qulaqda eşitmə zəifliyi varsa mütləq şəkildə cüt cihaz istifadəsinə başlanmalıdır. Təəssüf ki bəzən maddiyyat nəzərə alınaraq tək cihaz tələbatı yaranır, bu vəziyyətdə isə nisbətən daha yaxşı eşidən tərəf seçilməlidir, səbəbi isə bir tərəfli olsa belə yaxşı tərəfin daha da yaxşı eşitməsini və gələcəkdə digər tərəf kimi daha da ağırlaşmasının qarşısını almaqdır. Amma ikitərəfli cihaz istifadəsi həm daha komfortlu eşitmə və anlama, həm arxadan gələn səsin istiqamətinin ayırd edilməsi üçün mütləq şəkildə tövsiyyə edilməlidir.
Eşitmə cihazını almaq üçün mütləq eşitmə mərkəzinə gəlmək lazımdır, bəs online almaq mümkün deyil ?
Eşitmə cihazı audioloji müayinələr aparıldıqdan sonra səsi dinlənib razılıq verilərsə alına biləcək bir cihazdır. İnternetdən və ya sadəcə müayinə nəticələrinə görə almaq mümkün və düzgün deyil. Əgər pasientin mərkəzimizə gəlməsi mümkün deyilsə və ya yerimədə məhdudiyyəti varsa bizim ev servis xidmətimiz də mövcuddur .Bunun üçün sizin etməniz gərəkən öncədən randevu almaqdır. Bu zaman biz bütün müayinə avadanlıqları, fərqli cihazlarla ünvana gəlirik və siz də bu xidmətdən yararlanırsınız.
Eşitmə cihazı batareyalarını sizdən almaq şərtdirmi ?
Eşitmə cihazınız üçün batareyaları istədiyiniz yerdən almaq mümkündür, məhz eşitmə cihazı batareyası olduğuna və son istifadə müddətinin tarixinin keçməməsinə diqqət etmək lazımdır. Saat batareyalarını qəti istifadə etmək olmaz, cihaza qalıcı zərərlər yetirə bilər.
Eşitmə cihazı batareya istifadəsi zamanı nələrə diqqət etmək lazımdır?
Batareyanın üzərindəki etiketi çıxardıqdan sonra aktivləşməsi üçün bir az gözləyib cihaza taxın, bunun sayəsində batareya ömrünü müəyyən qədər uzatmış olarsınız. Gecə yatarkən batareyanı cihazın içindən çıxarsanız onun təmas nöqtələrində ola biləcək oksidlənmənin qarşısını almış olarsınız. Təsadüfən də olsa udulsa sağlamlığa ciddi zərər verə bilər deyə uşaqlardan, əqli problem olan insanlardan uzaq tutulmalıdır. Uşağınızın cihaz batareyasını hər zaman siz dəyişdirin. Bitmiş batareyaların tərkibində təbiətə zərərli kimyəvi maddələr olduğuna görə mütləq zibil qutusuna atılmalıdır.
Əlavə batareyaları soyuducuda saxlamaq olarmı ?
Əlavə batareyaları sərin, günəş şüası düşməyən və quru yerdə saxlanmalıdır. Soyuducuda saxlanan batareyalar nəmlənə bilər, ona görə orda saxlamaq olmaz.
Eşitmə cihazını nə zaman çıxartmalıyam ?
Gecə yatarkən, duş və ya dəstəmaz zamanı, hovuz və ya dənizə girərkən, saç qurutma feni, parfüm və günəş kremi istifadə edərkən, MRT və ya Tomoqrafiya zamanı mütləq çıxarılmalıdır. Cihazların ən böyük düşməni su və nəm olduğu üçün mütləq diqqət etmək lazımdır.
Eşitmə cihazı ilə aptek və ya mağazalarda satılan “ucuz “ səs gücləndiricilərin fərqi nədir ?
Səs gücləndiricilər kobud görünüşündən əlavə şablon olaraq hər kəsə, yəni eşitmə zəifliyinin dərəcəsi nəzərə alınmadan satılır, getdikcə daha da dərəcəni ağırlaşdırır. Eyni zamanda ətrafdan gələn bütün səsləri bərabər verdiyi üçün pasient əlavə küylərdən narahat olur. Amma eşitmə mərkəzində olan rəqəmsal cihazlar həkim tərəfindən hər kəsin eşitmə zəifliyinin dərəcəsinə uyğun şəkildə tənzimlənib təyin edilir, dərəcənin getdikcə ağırlaşmasının qarşısını alır və stabil saxlayır. Bununla yanaşı incə və estetik görünüşə malikdir.
Cavabını tapa bilmədiyiniz sual qaldı?
İndi zəng et