Eşitmə zəifliyi
Eşitmə zəifliyi
Eşitmə zəifliyi, insanın həyat tərzinə mənfi təsir göstərən və sosial davranışın minimuma enməsinə səbəb ola bilən əhəmiyyətli bir sağlamlıq problemidir. Müalicə edilmədikdə ünsiyyət problemlərinə və sosial izoliyasiya ilə nəticələnə bilər, bu da gələcəkdə Demensiya və Alzheimer kimi xəstəliklərə zəmin hazırlaya bilər. Eşitmə cihazlarının istifadəsi bu kimi neqativ halların qarşısının alınmasında və eşitmə sağlamlığında böyük rol oynayır.

Eşitmə zəifliyi səbəbləri
Konduktiv tip eşitmə zəifliyi
Konduktiv tip eşitmə zəifliyi, xarici qulaq keçəcəyi və ya orta qulaqda səs dalğasının qarşısını alan problem olduqda səs dalğasının keçiriciliyinin pozulması ilə meydana çıxır. Səs dalğaları daxili qulağa və beyindəki eşitmə mərkəzinə çatmadıqda insanda eşitmə itkisi yaranır.
- Xarici qulaq keçəcəyində yad cisim
- Xarici qulaq keçəcəyində tıxac
- Xarici qulaq şişləri (neoplazma)
- Otit (orta qulaq iltihabı)
- Otoskleroz (sümükcüklərin kireclənməsi)
- Təbii pərdənin perforasiyası
- Travmalar

Sensorinevral tip eşitmə zəifliyi
Bu tip, daxili qulaqda yerləşən tüklü hüceyrələr, eşitmə siniri və eşitmə yollarının zədələnməsi nəticəsində yaranır və ən geniş yayılmış eşitmə itkisidir.
- İrsi faktorlar
- Səs-küyə məruz qalma (akustik travma)
- Dərman toksikliyi (ototoksik preparatlar və s.)
- Keçirilmiş infeksiyalar
- Yaşla bağlı eşitmə zəifliyi (presbiakuziya)
Sensorinevral tipin əsas və effektiv reabilitasiya yolu çox vaxt eşitmə cihazlarıdır; cihazlar fərdi tənzimləmə ilə təyin edilir.

Miks tip eşitmə zəifliyi
Mikst tip eşitmə zəifliyi konduktiv və sensorinevral komponentlərin birlikdə olduğu haldır. Müalicə strategiyası çox vaxt kombinə (tibbi müdaxilə + eşitmə cihazı) şəkildə aparılır.

Eşitmə zəifliyi dərəcələri
Normal eşitmə: 25–30 dB-dən aşağı səsləri eşitmək mümkündür.
Yüngül dərəcə (26–40 dB): Səs-küylü mühitdə danışığı anlamaqda çətinlik.
Orta dərəcə (41–55 dB): TV/radio/telefon səsini artırmaq lazım olur.
Orta–ağır (56–70 dB): Gündəlik ünsiyyət ciddi çətinləşir.
Ağır (71–90 dB): Çox vaxt dodaq oxuma tələb olunur; cihazsız ünsiyyət çətindir.
Çox ağır / dərin (≥91 dB): Danışığı ayırd etmək xüsusi reabilitasiya yanaşması tələb edir.
