Müasir eşitmə cihazları həm qiymət, həm də funksionallıq baxımından bir-birindən fərqlənir.
Bəzi insanlar üçün bu cihazların qiyməti ilk baxışda yüksək görünə bilər, digərləri isə daha əlçatan variantlar axtarır.
Bəs doğrudan da bu fərq nədən yaranır? Eşitmə aparatının dəyəri sadəcə markadan, yoxsa içindəki texnologiyalardan mı asılıdır?
Bizim mərkəzə tez-tez belə suallarla müraciət edirlər:
— “Ən ucuz eşitmə cihazı hansıdır?”
— “Bahalı aparat mənə nə verəcək?”
— “Bəs sadə aptek cihazı ilə fərqi nədir?”
Bu sualları tam səmimiyyətlə cavablandırmaq lazımdır.
Ucuz və bahalı eşitmə cihazları arasında əsas fərqlər
Əvvəlcə onu qeyd edək ki, Eşitmə cihazı istənilən halda sizə eşitmə qabiliyyətinizi artırmaq üçün yardım edir.
Sadəcə bəzi modellər bu işi daha yüksək dəqiqlik, daha təmiz səs və daha fərdi uyğunlaşma ilə yerinə yetirir.
Ucuz cihazların ümumi xüsusiyyətləri: ✓ Məhdud kanal sayı (1–2 kanal)
✓ Səs sadəcə gücləndirilir, lakin seçilmir
✓ Fərdi tənzimləmə imkanı yoxdur ( azdır)
✓ Texniki dəstək və servis yoxdur (zəif ola bilər)
Bahalı cihazlarda isə siz əldə edirsiniz: ✓ Rəqəmsal texnologiyalar və ağıllı səs emalı
✓ Ətraf mühitə uyğunlaşma – restoran, küçə, ev, ofis
✓ Bluetooth bağlantısı – telefon zənglərini birbaşa aparatdan eşitmək
✓ Smartfon tətbiqi ilə idarəetmə və uzaqdan tənzimləmə
✓ Rahatlıq, erqonomik forma və görünməyən dizayn
Aptek cihazı ilə professional Eşitmə cihazı arasında fərq nədir?
Bunu belə izah etmək olar: aptek cihazı – bu sadə bir səs gücləndiricidir ( böyüdücüsüdür), lakin profesional eşitmə cihazı – sizin həyat keyfiyyətinizi yüksəltmək üçün hazırlanmış ağıllı sistemdir.
Bu fərq eynilə budur:
Qab yumaq üçün su və sabunla işləmək – və ya – qabyuyan maşın istifadə etmək. İkisi də nəticə verir, amma keyfiyyət və rahatlıq eyni deyil.
Qiymət seçimində əsas olan nədir?
Biz başa düşürük ki, hər kəsin büdcəsi fərqlidir.
Mərkəzimizdə həm münasib qiymətli, həm də yüksək texnologiyalı eşitmə cihazları mövcuddur.
Əsas məqsədimiz – pasiyentin ehtiyaclarına uyğun ən uyğun modeli seçməkdir.
Hər zaman deyirik:
✓ “Ən bahalı cihaz – ən yaxşısı deyil.”
✓ “Ən ucuz cihaz – ən düzgün seçim olmaya bilər.”
Ən vacibi – cihazın sizin həyat tərzinizə, eşitmə dərəcənizə və gözləntilərinizə uyğun olmasıdır.
Nəticə: Hansı Eşitmə cihazı mənə uyğundur?
Əgər siz texnologiyadan istifadə etməyi sevirsinizsə, telefonla danışırsınızsa, sosial mühitdə daha aktivsinizsə – ağıllı funksiyalara sahib Eşitmə cihazları sizin üçün ideal olacaq.
Əgər siz daha sadə gündəlik istifadə üçün cihaz axtarırsınızsa – bazada keyfiyyətli, büdcəyə uyğun modellər də mövcuddur.
Ən əsası – siz tək deyilsiniz. Bizim mütəxəssislər sizinlə birlikdə ən uyğun Eşitmə cihazı seçməyinizə yardım edəcək.
Çünki bu, sadəcə texnika deyil – bu, sizin həyatınızın bir parçası olacaq.
Doktor Aygün Əliyeva