Eşitmə cihazları – eşitmək, həyatla bağlantı qurmaq deməkdir. Amma bəzən insanlar eşitmə problemlərini gizlədir, cihaz taxmaqdan çəkinirlər. Çünki eşitmə cihazları ilə bağlı yanlış fikirlər var. Bu yazımızda ən çox yayılan 5 yanlış düşüncəni sizə sadə və aydın şəkildə izah edirik.
Eşitmə cihazı ancaq yaşlılar üçündür
YANLIŞ:
Eşitmə problemi təkcə yaşlılarda olmur. Körpələrdə, məktəblilərdə, hətta gənclərdə də bu hal rast gəlinir. Eşitmə cihazı yaşdan asılı deyil – eşitməyə ehtiyac duyan hər kəs üçündür.
Eşitmə cihazı eşitməni tamamilə bərpa edir
YANLIŞ:
Bu cihazlar qulağın funksiyasını əvəz etmir, lakin səsi aydınlaşdırır, danışılanları başqa səslərdən ayırmağa kömək edir. Nəticədə, insan özünü daha güvənli hiss edir və ünsiyyətdə aktiv olur.
Cihaz taxmaq utanc vericidir
YANLIŞ:
Unutmayın, eşitməmək – tənhalıqdır. Eşitmək – həyatla, ailənizlə, dostlarınızla bağlı qalmaqdır. İndiki cihazlar kiçik, elektronika kimi müasir, bəziləri isə görünməz olur. Bu, özünə və başqalarına hörmətin bir formasıdır.
Bir qulaq pis eşidirsə, bir cihaz bəs edir
YANLIŞ:
Əgər hər iki qulaqda problem varsa, iki cihaz taxmaq təbii və daha effektlidir. Bu, məkanın istiqamətini ayırmağa, danışanı daha dəqiq eşitməyə kömək edir.
5. “Cihazlar çox bahadır və istifadə etmək çətindir.”
YANLIŞ:
Fərqli büdcələrə uyğun model və marka seçimləri var. Ən əsası, cihazların istifadəsi çox asandır. Əgər cihaz sizin üçün uyğundursa, sadəcə taxıb dinləmək kifayətdir.
Eşitmək həyatın bir parçasıdır. Onu əldən buraxmayın!
Eşitmə cihazı taxmaqla siz:
- Ailənizin səsini daha aydın eşidirsiniz,
- Sosial həyatda özünüzü daha rahat hiss edirsiniz,
- Tənhalıq və anlaşılmazlıqdan uzaqlaşırsınız.
Biz inanırıq ki, hər kəs eşitmək haqqına malikdir.
Biz Avis Eşıtmə Merkəzi ailəsi olaraq hər zaman buradayıq!
Sizin üçün uyğun cihazı seçmək, düzgün istifadəni öyrətmək və bütün suallarınıza cavab vermək üçün biz hər zaman yanınızdayıq.
Sadəcə bir zəng və ya mesaj kifayətdir. Gəlin birlikdə səssizliyə son qoyaq!
Doktor Aygün Əliyeva