Eşitmə zəifliyi

Eşitmə zəifliyi

Eşitmə zəifliyi , insanın həyat tərzinə mənfi təsir göstərən və sosial davranışları minimallaşdıran əhəmiyyətli bir sağlamlıq məsələsidir. Müalicə edilmədikdə ünsiyyət problemlərinə və sosial izolyasiyalara səbəb olur, bu da gələcək illərdə Demensiya və Altsheymer kimi xəstəliklərə zəmin hazırlaya bilər. Eşitmə cihazlarının istifadəsi  bu kimi neqativ halların qarşısının alınmasında və eşitmə sağlamlığınızda böyük rol oynayır.

Eşitmə Zəifliyi ​​

Eşitmə zəifliyi səbəbləri

Dünyada eşitmə zəifliyi yarada biləcək çoxlu səbəblər mövcuddur. Amma əvvəlcə  eşitmə zəifliyinin növləri haqqında məlumat diqqətə alınmalıdır. Eşitmə zəifliyinin 3 növü var. Konduktiv tip eşitmə zəifliyi, sensonevral tip eşitmə zəifliyi və miks (qarışıq) tip eşitmə zəifliyi.

Konduktiv tip eşitmə zəifliyi

Konduktiv tip eşitmə zəifliyi adətən xarici qulaq seyvanı, xarici qulaq keçəcəyi və ya orta qulaq ilə əlaqədar problem olduqda səs dalğalarının keçiriciliyinin pozulması ilə müşayiət olunur. Beləliklə səs dalğaları daxili qulağa və beyindəki eşitmə mərkəzinə çatmadığından insanda eşitmə itkisi yaranır. Aşağıdakı hallar konduktiv tip eşitmə zəifliyinə səbəb ola bilər:

  • Xarici qulaq keçəcəyində yad cisim
  • Xarici qulaq keçəcəyində tıxac
  • Xarici qulaq seyvanının travmaları
  • Otit (orta qulaq iltihabı)
  • Otoskleroz (qulaq sümükcüklərində kirəcləşmə)
  • Təbil pərdəsinin perforasiyaları
  • Anadangəlmə qüsurlar

Bu tip eşitmə zəifliyində adətən problemin kökü tapılmalı və ardınca düzgün müalicə taktikası seçilərək eşitmə bərpa olunmalıdır. Yanda konduktiv tip eşitmə zəifliyinə misal olan audioqram ilə tanış ola bilərsiniz.

X-Sol qulaq hava yolu >-Sol qulaq sümük yolu

İkinci tip eşitmə zəifliyi

İkinci tip eşitmə zəifliyi sensonevral tip eşitmə zəifliyidir. Bu zaman daxili qulaqdakı tükcüklü hüceyrələrin və ya bilavasitə eşitmə sinirinin zədələnməsi müşahidə edilir. Tükcüklü hüceyrələr mexaniki səs dalğalarını elektrik impulslarına çevirir, eşitmə siniri isə bu impulsları beyindəki mərkəzə çatdırır. Bu tip eşitmə zəifliyi ən çox rast gəlinən növdür. Bu zaman təkcə səsin qəbul edilməsi yox eyni zamanda xəstənin anlama qabiliyyəti də pozulur. Bu səbəbdən səsləri zəif olsa da eşidən xəstə sözləri ayırd edə bilmir. Sensonevral tip eşitmə zəifliyi həm anadangəlmə, həm də qazanılmış ola bilər.

Anadangəlmə səbəblərə bunları misal göstərmək olar:

  • İrsiyyət
  • Erkən doğuş
  • Doğuş travmaları
  • Hamiləlik zamanı istifadə edilən fetotoksik preparatlar və s.

Qazanılmış sensonevral tip eşitmə zəifliyinin səbəblərinə isə;

  • Ototoksik preparatların (əsasən gentomisin, vankomisin və eritromisin kimi antibiotiklər) istifadəsi
  • Yüksək səs
  • Baş-beyin travmaları
  • Akustik travmalar
  • Bir sıra virus xəstəlikləri
  • Yaşlılıq və s. misal göstərilə bilər.

Belə tip eşitmə zəifliyinin təəssüf ki, müasir tibbdə heç bir müalicə üsulu yoxdur. Yeganə həll yolu eşitmə cihazları ilə qulağın protezləşdirilməsidir. Bu zaman sizin eşitmə zəifliyinizə ən uyğun olan eşitmə cihazı mərkəzimizdəki həkimlər tərəfindən peşəkarca təyin edilir və eşitmə səviyyəniz tam bərpa olunur.

Sensonevral tip eşitmə zəifliyinə tipik audioqram kimi yanda audioqramı misal göstərmək olar.

X-Sol qulaq hava yolu >-Sol qulaq sümük yolu

Üçüncü tip eşitmə zəifliyi

Üçüncü tip eşitmə zəifliyi qarışıq tipdə olan mix eşitmə zəifliyidir. Bu zaman yuxarıda sadalanan hər iki tip eşitmə zəifliyindən komponentlər görünür. Miks tipli eşitmə zəifliyində də eşitmə sinirində zədələnmələr olduğu üçün müalicə adətən effektiv olmur və cihaz istifadəsi tövsiyyə edilir. Yuxarıda sadalanan səbəblər miks tipli eşitmə zəifliyinin də yaranmasında rol oynayır. 

Yanda miks tipli eşitmə zəifliyi üçün tipik olan audioqramı incələyə bilərsiz.

X-Sol qulaq hava yolu >-Sol qulaq sümük yolu

Eşitmə zəifliyi dərəcələri

Normal eşitmə

Hər hansı eşitmə zəifliyi olmayan şəxslər 25 dB -dən aşağı səsləri eşidə bilməlidir.

Yüngül dərəcəli eşitmə zəifliyi ( 26 - 40 dB)

Bu zaman pıçıltılı səsləri eşitməkdə çətinlik çəkilir və səs-küylü mühitdə danışıqları anlamaq çətin olur.

Orta dərəcəli eşitmə zəifliyi ( 41-55 dB)

Normal danışıqları rahat eşitmək olmur, televisor və ya radio səsini daha yüksək səviyyədə dinləmək ehtiyacı yaranır.

Orta- ağır dərəcəli eşitmə zəifliyi (56-70 dB)

Yüksək səslə danışıqları belə anlamaqda çətinlik çəkilir , sözlər yaxşı ayırd edilmir və telefonla aydın danışmaq olmur.

Ağır dərəcəli eşitmə zəifliyi (71-90 dB)

Yüksək səslə belə danışıqları nəinki anlamaqda, hətta  eşitməkdə böyük çətinlik yaşanır, şəxsin özü çox hündürdən danışır və ətraf səsləri demək olar ki, eşitmir.

Sizi maraqlandıra biləcək digər mövzular

  • All Posts
  • Genel
Avis Eşitmə Mərkəzi © 2025
vozol cilingir