Haqqımızda
Haqqımızda

Hədəfimiz
İnkişaf etmiş ölkələrdə istifadə olunan eşitmə texnologiyasını ölkəmizə gətirmək, müştərilərimizin ehtiyac və gözləntilərini yüksək səviyyədə təmin etməkdir.
Biz kimik?
Eşitmə zəifliyi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədilə daha yaxşı eşitmək istəyənlərə 12 ildən çoxdur ki keyfiyyətli xidmət göstəririk.
Eşitmə zəifliyi olan insanlara ən düzgün həll yolunu tövsiyyə etmək, cihaz təyinatında individual olaraq şəxsə özəl səsləri ayarlamaq əsas vəzifələrimizdəndir.
Məqsədimiz odur ki, qulaq sağlamlığı ilə bağlı bütün problemlərdə sizə kömək edək və ən son texnoloji inkişafa əsaslanaraq hazırlanmış cihazları keyfiyyətli şəkildə sizə təqdim edək.
Xidmətlərimiz
Keyfiyyətli xidmət göstərmək – Dəqiq müayinə etmək – Düzgün diaqnoz yazmaq – Ətraflı izah etmək – Uyğun cihaz təyin etmək – Qaydalara riayət etmək.
Eşitmə testləri, qulaq qəliblərinin hazırlanması, eşitmə cihazı və aksesuar satışı, cihaza qulluq və texniki təmir xidmətlərimiz mövcuddur.
Bir Alman markası olan SİGNİA eşitmə cihazları ilə birlikdə bu sahədə ən son texnoloji inkişafı təqib edərək Azərbaycanda bir çox filiallarda fəaliyyət göstəririk.
Hal-hazırda bu sektorda Azərbaycanın ən qabaqcıl firmalarından biri olan AVİS eşitmə cihazları satış və cihaz tətbiq mərkəzləri hər mövzuda liderliyini qorumaq üçün xidmət göstərir.
Missiyamız
Eşitmə zəifliyi olan insanların öz ətrafı və təbiət ilə əlaqəsini daha da yaxşılaşdırmaq, insanların eşitməsini təmiz və aydın, küysüz bir şəkildə gücləndirmək bizim işimizdir.