
Eşitmə cihazları — eşitmə zəifliyi yaşayan şəxslərin həyatında dönüş nöqtəsi yaradan texnoloji həllərdir. Xüsusilə qulaq içi modellər həm görünməzliyi, həm...
Uşaq eşitmə cihazları ətrafdakı səsləri toplayıb yüksəldərək uşağın səsləri daha aydın qavramasına kömək edən cihazlardır. Uşaqlarda eşitmə itkisi irsi faktorlar və ya ananın hamiləlik dövründə keçirdiyi qızılca infeksiyası kimi müxtəlif amillərin təsiri ilə anadangəlmə ola biləcəyi kimi, sonradan da inkişaf edə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 34 milyon uşaq qismən və ya tam eşitmə itkisi problemi yaşayır. Uşaqların ətrafdakı hadisələri dərk etməsində və dil bacarıqlarının inkişafında eşitmə duyğusu mühüm rol oynayır. Buna görə də eşitmə itkisi uşaqların idrak, sosial və dil inkişafına birbaşa təsir edə bilər.
Uşaqlarda eşitmə zəifliyini erkən aşkar etmək onların inkişafında mühüm rol oynayir. Bu gün yeni doğulmuş körpələr üçün skrininq proqramları sayəsində eşitmə itkisi həyatın ilk həftələrində aşkar edilir və lazımi tədbirlər görülə bilir. Xüsusilə daxili qulaq və ya eşitmə sinirindəki zədədən qaynaqlanan sensonevral eşitmə zəifliyi olan körpələrdə, 6 aylıq olmadan əvvəl eşitmə cihazından istifadə edilməsi danışıq və dil bacarıqlarının inkişafına kömək edə bilər.
Uşaqlar üçün eşitmə cihazları onların həyat keyfiyyətini artırmaq və sağlam eşitmə təcrübəsi qazandırmaq üçün vacib vasitədir. Bu cihazlar uşaqların dil və danışıq inkişafını dəstəkləyir, sosial ünsiyyətlərini və öyrənmə proseslərini yaxşılaşdırmağa kömək edir.
İstər uşaqlar, istərsə də böyüklər üçün nəzərdə tutulan eşitmə cihazları eyni prinsip üzrə işləyir. Eşitmə cihazları eşitmə funksiyasını bərpa etmir, yəni eşitmə itkisini müalicə etmir. Bununla yanaşı, bu cihazlar yüngüldən ağır dərəcəyə qədər müxtəlif səviyyələrdə eşitmə zəifliyi olan körpə və uşaqların ətrafdakı səsləri daha aydın eşitməsinə kömək edir. Pediatrik eşitmə cihazları 4 əsas hissədən ibarətdir.Mikrofon, gücləndirici (amplifikatör), dinamik və prosessor kimi əsas hissələrdən ibarətdir:
Eşitmə cihazları, daxili qulaqda yaranmış zədələnmənin səviyyəsinə uyğun olaraq səs gücləndirmə imkanına malikdir. Daxili qulaqda yaranan zədə nə qədər böyükdürsə, eşitmə itkisi də bir o qədər ağır olur və bu itkini kompensasiya etmək üçün daha güclü səs yüksəldilməsinə ehtiyac yaranır. Bununla yanaşı, eşitmə cihazlarının səsi yüksəltmə qabiliyyəti məhduddur. Daxili qulağın ciddi zədələnməsi olan uşaqlarda hətta yüksək səs dalğaları belə sinir siqnallarına çevrilməyə bilər. Bu halda eşitmə cihazları kifayət etməyə bilər.
Eşitmə cihazlarının hamısı eyni prinsip üzrə işləsə də, cihazların forması, ölçüsü, qulağa yerləşdirilmə üsulu kimi xüsusiyyətlərinə görə fərqlənən müxtəlif növləri var. Uşaqlar üçün uyğun eşitmə cihazı seçilərkən aşağıdakı faktorlar nəzərə alınmalıdır:
Bütün elektron komponentləri qulaq seyvanının arxasında yerləşən bir korpusda olan cihazlardır. Səsin ötürülməsi üçün kiçik bir boru istifadə olunur. Bu cihazlar uşağın qulaq ölçüsünə əsasən hazırlanan qəlib köməyilə taxılır. Uşaq böyüdükcə qulaq qəlibi dəyişdirilməli olduğu üçün mütəxəssislər adətən qulaq arxası eşitmə cihazlarını məsləhət görürlər.
Pediatrik eşitmə cihazlarının qiyməti cihazın növünə və texniki xüsusiyyətlərinə görə dəyişir. Məsələn, bəzi hallarda mütəxəssislər eşitmə cihazına uzaqdan mikrofon kimi əlavə aksesuarlar edə bilərlər. Bu sayədə uşaqlar müəllimin səsini arxa fonda olan sinif səs-küyündən daha aydın eşidə bilərlər. Bəzən valideynlər ikitərəfli eşitmə zəifliyi zamanı batareyalı deyil, şarjlı cihazlar da seçim edə bilər ( azyaşlı uşaqlarda batareya udma riski də ola bilər)
Eşitmə cihazı seçimi zamanı aşağıdakı faktorlar nəzərə alınmalıdır:
Uşaq eşitmə cihazları anadangəlmə və ya sonradan yaranmış eşitmə zəifliyi problemi olan uşaqların səsləri daha aydın qəbul etməsinə kömək edir. Erkən aşkar edilməyən eşitmə itkisi uşağın danışıq, dil bacarıqları ilə yanaşı , sosial inkişafına da mənfi təsir edə bilər. Buna görə də, uşaqların erkən dövrdə müayinə olunması və eşitmə zəifliyi aşkar edilərsə, eşitmə cihazı kimi müvafiq tədbirlərin görülməsi çox vacibdir.
Eşitmə cihazları — eşitmə zəifliyi yaşayan şəxslərin həyatında dönüş nöqtəsi yaradan texnoloji həllərdir. Xüsusilə qulaq içi modellər həm görünməzliyi, həm...
Şəkərli diabet yalnız qan şəkəri ilə bağlı bir problem deyil. Bu xroniki xəstəlik, insan orqanizmindəki damarları, sinirləri və eyni zamanda...
Eşitmə, düzgün cihaz seçiminin və peşəkar dəstəyin əhəmiyyəti Eşitmə sağlamlığı, insanın gündəlik həyat keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir....
Salamlar