
Eşitmə, düzgün cihaz seçiminin və peşəkar dəstəyin əhəmiyyəti Eşitmə sağlamlığı, insanın gündəlik həyat keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir....
Qulaq içi cihaz dedikdə, ümumiyyətlə, qulaq kanalı içinə tam yerləştirilən görünməz eşitmə cihazları nəzərdə tutulur. Bu cihazlar səsi qəbul edib elektrik siqnalına çevirən bir ədəd mikrofon, elektrik siqnallarını artıran gücləndirici (amplifikator ) və səsi qulağa ötürən dinamik olmaqla üç hissədən ibarətdir.
Mikrofona səs gələrkən cihazda olan diafraqma adlı hissə titrəyir və səslər elektrik siqnallarına çevrilir. Ardınca ətrafdakı səs-küylər cihazın xüsusi sistemi sayəsində filtrlənir və səs daha aydın hala gətirilir. Son mərhələdə isə elektrik siqnalları dinamikə göndərilərək təkrar səs dalğalarına çevrilir və insanlar ətrafdan gələn səsləri aydın şəkildə eşitməyə başlayır.
Müasir qulaq ici eşitmə cihazları ətrafdakı səslərə uygun olaraq, tənzimləməni avtomatik dəyişdirə bilən telecoil, mikrofon kimi bir çox elektronik xüsusiyyətləri özündə birləşdirir.
Istifadəçilər cihaz üzərindəki düymələr və ya ağıllı telefon tətbiqi vasitəsilə səs səviyyəsini və digər tənzimləmələri dəyişdirə bilirlər. Bununla yanaşı bu cihazlar mobil telefonlarından gələn səsləri birbaşa qulağa ötürərək, insanlarin rahatlıqla telefon görüşmələrini həyata keçirməyə və ya musiqi dinləmələrinə imkan verir. Qulaq içi eşitmə cihazlarının qiymətləri cihazın xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.
Qulaq içi eşitmə cihazları müxtəlif ölçülərdədir və adına uyğun olaraq,qulaq kanalının içinə taxılır. Bu növ eşitmə cihazları bir çox elektronik xüsusiyyətləri özündə birləşdirir; dinamik,çox istiqamətli mikrofonlar və s.
Diqqət cəlb etməyən eşitmə cihazı istəyirsinizsə və cox kiçik eşitmə cihazlarını rahatlıqla istifadə edə bilərsinizsə, kanal içi (ITC) eşitmə cihazları haqqında düşünə bilərsiniz . Bu cihazlar birbaşa qulaq kanalına yerləşdirilir, ancaq qulaq içi (ITE) eşitmə cihazlarından daha kiçikdir. Qulaq içi eşitmə cihazları kimi kanal içi eşitmə cihazları da telecoil və Bluetooth kimi vacib texnoloji xüsusiyyətlərə malikdir . Qulaq kanalının quruluşu çox önəmlidir.
Bu eşitmə cihazları qulaq kanalının daha dərin hissəsinə taxılır. Kanal dibi eşitmə cihazları birbaşa qulaq kanalına yerləşdirilir və tutacağından tutularaq asanlıqla çıxarılır. Orta dərəcədən daha aktiv bir həyat tərziniz varsa və ya eşitmə cihazlarınızın başqaları tərəfindən görünməsini istəmirsinizsə, bu eşitmə cihazları əla seçimdir. Qulaq kanalının quruluşu uyğun olmazsa təəssüf ki, bu cür kiçik cihazların hazırlanması mümkün olmaya bilər.
Eşitmə cihazı istifadəciləri arasında məşhur olmalarına baxmayaraq, bu eşitmə cihazları digər daha böyük ölçülü modellərlə eyni güçə malik olmadığından, ağır və ya çox ağır dərəcəli eşitmə zəifliyi olan istifadəçilər üçün uyğun olmaya bilər.
Tam kanal içi eşitmə cihazları, aktiv bir həyat tərzıniz varsa və ya başqaları tərəfindən heç görünməyən bir eşitmə cihazı istəiyirsinizsə,mükəmməl bir seçimdir.Birbaşa qulaq kanalına yerləşdirilir və bu da onları satış bazarındakı ən görünməz cihazlardan biri edir. Daha kicik ölçüləri səbəbindən, digər daha böyük ölçülü modellər kimi inkişaf etmiş xüsusiyyətlərə malik olmaya bilərlər.
Mikrofonun qulaq pərdəsinə yaxın yerləşdirilməsi, feedback (ötmə), fit çalma və ya “qapalı” hissi olmadan daha təbii bir eşitməni təmin edir. Amma hər şəxsin xarici qulaq keçəcəyinin anatomic quruluşu fərqli olur, əgər bu kanal çox dar və ya qıvrımdırsa belə cihaz uyğun olmaya bilər.
Hər hansı dərəcəli eşitmə zəifilyi, bütün dunya üzrə əhalinin 5 faizindən çoxunda müşahidə edilən bir sağlamlıq problemidir.Eşitmə qabiliyyətinin zəifləməsi yungul,orta və ya ağır dərəcəli ola bilər.Bu vəziyyət insanların sosial ünsiyyətlərində, iş həyatlarında ,yəni qısaca olaraq gündəlik həyat tərzində ciddi çətinliklərlə qarşılaşmalarına səbəb ola bilər.
Səhiyyə texnologiyasının inkişafı nəticəsində hal-hazırda eşitmə zəifliyi olan insanların ətraf səsləri daha yaxşı eşıdə bilməsinə komək ola biləcək qulaq içi eşitmə cihazları başda olmaqla muxtəlif cihazlar vardir. Bu cihazlar eşitmə qabiliyyətini tamamən bərpa etməsələr də,səsləri yüksəldərək insanların daha yaxşı eşitməsinə kömək olur.
Qulaq içi eşitmə cihazları xarici qulaqdakı ləyənəbənzər hissəni tam və ya onun alt hissəsini qapayan şəkildə insana ozəl hazırlanan eşitmə cihazlarıdir.Xəstənin qulaq qəlibi alınaraq hazırlanan bu cihazlar ətrafdakı səsləri yüksəldərək eşitmə zəifliyi olan insanların daha yaxşı eşitməsinə kömək ola bilir.Qulaq kanalının və ya xarici qulaq keçəcəyinin içərisinə yerləşdirilən bu cihazlara görünməz eşitmə cihazları da deyilir.
Bunun nəticəsində estetik görünüşlə yanaşı,rahat istifadəni də təmin edir. Eşitmə cihazları zəifliyi geri döndürmədikləri kimi , agırlaşmaya da səbəb olmur. Bununla yanaşı bu cihazlar fərqli xüsusiyyətləri sayəsində insanlarin gundəlik həyat tərzini də asanlaşdıra bilir. Görünməz eşitmə cihazılarının qiymətləri də məhz bu səbəbdən cihazlarin fərqli xüsusiyyətlərinə gorə dəyişir.
Muasir dövrdə qulaq qəlibi alınaraq hər kəsə özəl hazırlanan qulaq içi eşitmə cihazlarının əsas xüsusiyyəti qulaq kanalı içinə yerləşdirilə bilməsidir. Bununla yanaşı qulaq içi eşitmə cihazlarına Telecoil qoşulması sayəsində insanlar rahatlıqla musiqi dinləyə bilər, televizordan gələn səsləri eşidə bilər ve telefon görüşmələrini həyata keçirə bilər. Bu cihazlar kanal içi görünməz eşitmə cihazları ilə müqayisədə daha böyük olsa da,istifadəsi rahatdır.
Mütəxəssislər qulaq içi eşitmə cihazı məsləhət görməzdən qabaq eşitmə itkisinin qulağın hansı hissəsi ilə əlaqədar olduğunu muəyyən edirlər.Qulaq içi cihazlar eşitmə zəifliyi ağır olan şəxslərdə effektiv olmaya bilir.Bununla yanaşı qulaq içinə qoyulduğu üçün nəmə və tərə qarşı da çox həssasdırlar.
Qulaq içi eşitmə cihazlarının qiymətləri və üstünlükləri kimi bir çox məsələlər həm eşitmə zəifliyi olan şəxslər,həm də onların yaxınları üçün çox vacibdir. Qulaq içi eşitmə cihazlarının üstünlükləri bunlardır:
Yuxarıda sadalananlarla yanaşı qulaq içi eşitmə cihazları bir sira üstünlukləri olsa da, hər kəsə uyğun olmaya bilər. Xüsusən agır dərəcəli eşitmə zəifliyi olan şəxslərdə mütəxəssislər qulaq arxası cihazları məsləhət görür. Əgər dərəcə ağır deyilsə, sadəcə qulaqda iltihabi axıntı varsa və ya qulaq pərdəsinin tam deyilsə , yaşlı adamlarda əl-göz koordinasiya pozulubsa yəni kiçik cihazların batareyalarının və ya qulaqla təmasda olan filterlərinin tez tez dəyişdirilməsi çətinlik törədirsə qulaq içi cihazlar tövsiyyə edilmir.Bu səbəbdən eşitmə zəifliyi olan şəxslərin ilk növbədə mütəxəssisə müraciət etməsi və eşitmə cihazları haqqında dolğun məlumat alması vacibdir.
Eşitmə cihazı alarkən bu 4 məqama diqqət etməyi unutmayın:
Eşitmə mütəxəssisi, eşitmə zəifliyinizin növünə və dərəcəsinə görə sizin üçün ən uyğun cihazı tövsiyə edəcəkdir.
Gündəlik həyatınızı dəstəkləyən bir eşitmə cihazı seçmək, daha aktiv və müstəqil bir həyat sürməyinizə kömək edəcəkdir.
İncə hərəkət bacarıqları zəif olan şəxslər və ya uşaqlar kiçik hissələri olan, batareyalı cihazları istifadə etməkdə çətinlik çəkə bilər.
Eşitmə cihazı almaqdan əvvəl sınaq müddəti təklif edən mərkəzlərə üstünlük vermək, cihazın sizə uyğun olub-olmadığını anlamağa kömək edəcəkdir.
Eşitmə, düzgün cihaz seçiminin və peşəkar dəstəyin əhəmiyyəti Eşitmə sağlamlığı, insanın gündəlik həyat keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir....
Loqoped dəstəyi eşitmə zəifliyi yaşayan uşaqların nitq inkişafında mühüm rol oynayır. Avis Eşitmə Mərkəzi olaraq biz təkcə eşitmə cihazlarının seçilməsi...
Bilirdinizmi ki, kişilərdə eşitmə zəifliyi qadınlara nisbətən daha çox görülür? Maraqlıdır ki, bu fərqin səbəbi bioloji deyil, həyat tərzi ilə...
Salamlar