
Loqoped dəstəyi eşitmə zəifliyi yaşayan uşaqların nitq inkişafında mühüm rol oynayır. Avis Eşitmə Mərkəzi olaraq biz təkcə eşitmə cihazlarının seçilməsi...
Eşitmə cihazları eşitmə zəifliyinin əlamətlərini aradan qaldıraraq insanların həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edən cihazlardır. Eşitmə cihazları eşitmə itkisini tam bərpa edə bilməsə də, insanlara səsləri daha aydın eşitməyə kömək edir. Audiometriya testindən sonra istifadəçinin eşitmə zəifliyinin dərəcəsinə görə mütəxəssislər tərəfindən eşitmə cihazları tövsiyə olunur.
Eşitmə cihazlarının tarixinə nəzər saldıqda onların 1600-cü illərə aid olduğunu görürük. Həmçinin səhiyyə texnologiyasının sürətli inkişafı nəticəsində hal-hazırda daha kiçik, daha güclü və funksional cihazlar tapmaq mümkündür.
Litium-ion batareya texnologiyasının eşitmə cihazlarına inteqrasiyası sayəsində batareyaları daim dəyişdirmək ehtiyacını aradan qaldıraraq xəstələrə rahatlıq və sərbəstlik bəxş edir. Bununla yanaşı bu cihazlarin şarj edilə bilməsi ekoloji baxımından daha önəmlidir.
Şarjlı eşitmə cihazları istifadəçilərə yüksək keyfiyyətli eşitmə təcrübəsi təqdim edir. Həmçinin birdəfəlik batareyaların yaratdığı zəhməti aradan qaldıraraq, istifadəçilərə gündəlik həyatlarında rahatlıq və azadlıq bəxş edir.
Bununla yanaşı gecələr şarj edilə bilən cihazlar səhərlər tamamilə dolu olduğu üçün gün ərzində fasiləsiz eşitmə imkanı verir.
Şarjlı eşitmə cihazının qiymətləri batareyalı eşitmə cihazlarıyla müqayisədə xəstələr üçün daha baha ola bilər. Lakin bu cihazların uzun müddətli üstünlüklərini nəzərə alsaq, xəstələr üçün daha çox istifadəyə yararlı olduğunu görmək olar.
Buna əsasən şarjlı eşitmə cihazlarının üstünlüklərini aşağıdakı kimi sıralamaq olar:
Adi eşitmə cihazlarında istifadə edilən birdəfəlik sink batareyaları bir müddət sonra tükənə bilir, bu səbəbdən cihazı istifadə edə bilmək üçün batareyaları daim dəyişdirmək lazım gəlir. Xüsusilə uşaqlar və yaşlı xəstələr bu batareyaları dəyişdirməkdə çətinlik çəkə bilirlər. Şarjlı eşitmə cihazları isə batareyaları dəyişdirmək ehtiyacını aradan qaldıraraq xəstələrin cihazlarından daha asan istifadə etməsinə kömək edə bilir.
Uzun istifadə müddəti: Litium-ion batareyaları tərəfindən təmin edilən enerji sıxlığı sayəsində şarjlı eşitmə cihazları bir dəfə doldurulduqdan sonra 24 saata qədər fasiləsiz işləyə bilər. Məsələn, gecə yuxusu zamanı doldurulan cihazlar növbəti gün ərzində fasiləsiz istifadə edilə bilər. Bu yolla xəstələr, cihazlarının batareyasının tükənəcəyindən narahat olmadan gün ərzində cihazlarından istifadə edə bilərlər.
Ətraf mühitin dayanıqlığı: Digər eşitmə cihazlarında istifadə olunan batareyaların qısa ömürlü olması və tez-tez dəyişdirilməsi ehtiyacı hər il milyonlarla batareyanın ətraf mühitə atılması ilə nəticələnir. Məsələn, kiçik batareyaların 3-7 gün ərzində, böyük batareyaların isə 10 gün ərzində dəyişdirilməsi tələb oluna bilər. Bu vəziyyət özü ilə ciddi ekoloji tullantı problemini də yaradır. Litium-ion batareyalarının uzun ömrü və təkrar doldurula bilməsi ətraf mühitə dəyən ziyanı əhəmiyyətli dərəcədə azalda bilər.
Uzun müddətli maliyyə avantajı təmin edə bilər: Şarjlı eşitmə cihazları ilkin olaraq xəstələrə batareyalı eşitmə cihazlarından daha bahalı görünə bilər. Amma şarjlı cihazların batareya xərcini aradan qaldırması onları daha sərfəli və avantajlı edir. Bütün bu sadaladıqlarımıza əlavə olaraq, şarjlı eşitmə cihazlarında telefonları, planşetləri və ya televizorları sinxronlaşdırmaqla istifadə etməyə imkan verən Bluetooth bağlantısı kimi əlavə xüsusiyyətlər mövcuddur.Bu sayədə xəstələr istədikləri zaman rahatlıqla telefon zəngləri edə və ya istədikləri musiqini dinləyə bilərlər.
Eşitmə cihazlarının əsas məqsədi ətraf mühitdə səs səviyyəsini artırmaq olsa da, xəstələrin səsləri daha aydın eşitmələri və ya cihazlarından daha rahat istifadə etmələri üçün son illər cihazlarda əhəmiyyətli yeniliklər edilmişdir. Bu yeniliklərdən biri də batareyaları dəyişdirmə ehtiyacını aradan qaldırmaqdır. Bu yeniliklər təkcə şarjla doldurulma qabiliyyəti ilə məhdudlaşmır. Səs mühitlərinə uyğunlaşmaq və xəstələrin eşitmə keyfiyyətini daha da yaxşılaşdırmaq üçün eşitmə cihazları texnologiyası gündən – günə inkişaf edir.
Hal-hazırda eşitmə cihazlarının təklif etdiyi xüsusiyyətlərdən bəziləri aşağıdakılardır:
Səs-küyün azaldılması: Bütün müasir eşitmə cihazlarında olan bu funksiya arxa fondakı səs-küyü azaltmaqla xəstələrə səsləri daha aydın eşitməyə kömək edir. Bundan əlavə, qulaqdaxili eşitmə cihazları kimi bu cihazlarda da külək səsi kimi səsləri azaltmaq xüsusiyyəti də var.
Naqilsiz əlaqə: Müasir eşitmə cihazları Bluetooth bağlantısı vasitəsilə mobil telefonlar, musiqi səsləri və televizor kimi cihazlardan səsləri qəbul edə bilir.
Uzaqdan idarəetmə vasitələri: Bəzi eşitmə cihazları istifadəçiyə cihaza toxunmadan uzaqdan idarə edilməsinə imkan verir. Bundan əlavə bəzi cihazlar mobil telefonla əlaqələndirilərək, mobil telefonu vasitəsiylə uzaqdan idarə edilməsinə uyğunlaşır.
Şarj edilən eşitmə cihazları bir gecədə şarj edildikdən sonra bütün gün fasiləsiz istifadə edilə bilər. Beləliklə, xəstələr cihazlarının batareyasının bitməsindən narahat olmayacaqlar. Eşitmə zəifliyinin dərəcəsini öyrənmək və eşitmə cihazı tövsiyəsi almaq üçün eşitmə mərkəzində mütəxəssislə görüş təyin etmək və lazımi müayinələrdən keçmək vacibdir.
Eşitmə cihazı alarkən bu 4 məqama diqqət etməyi unutmayın:
Eşitmə mütəxəssisi, eşitmə zəifliyinizin növünə və dərəcəsinə görə sizin üçün ən uyğun cihazı tövsiyə edəcəkdir.
Gündəlik həyatınızı dəstəkləyən bir eşitmə cihazı seçmək, daha aktiv və müstəqil bir həyat sürməyinizə kömək edəcəkdir.
İncə hərəkət bacarıqları zəif olan şəxslər və ya uşaqlar kiçik hissələri olan, batareyalı cihazları istifadə etməkdə çətinlik çəkə bilər.
Eşitmə cihazı almaqdan əvvəl sınaq müddəti təklif edən mərkəzlərə üstünlük vermək, cihazın sizə uyğun olub-olmadığını anlamağa kömək edəcəkdir.
Loqoped dəstəyi eşitmə zəifliyi yaşayan uşaqların nitq inkişafında mühüm rol oynayır. Avis Eşitmə Mərkəzi olaraq biz təkcə eşitmə cihazlarının seçilməsi...
Bilirdinizmi ki, kişilərdə eşitmə zəifliyi qadınlara nisbətən daha çox görülür? Maraqlıdır ki, bu fərqin səbəbi bioloji deyil, həyat tərzi ilə...
Son illərdə aparılan elmi araşdırmalar eşitmə zəifliyinin insan sağlamlığına yalnız fiziki deyil, həm də zehni və emosional aspektdən təsir etdiyini...
Salamlar