Tinnitus Nədir?

Tinnitus Nədir?

Tinnitus, xalq arasında qulaq küyü kimi bilinən, insanların bəzən fasilələrlə və ya arası kəsilmədən davamlı eşitdiyi səslərdir. Bu səslər, adətən kənardan eşidilmir, sadəcə həmin şəxsin özü eşidir. Mühüm olan məsələ odur ki, Tinnitus ümumiyyətlə xəstəlik deyil, əksərən simptom və ya bir vəziyyətdir. 

Bu narahatlıq müxtəlif formalarda özünü göstərə bilər. Bəzi insanlar üçün zəng səsi, vızıltı, uğultu, cüyültü və ya fərqli tezliklərdə olan səslərin eşidilməsi kimi ortaya çıxa bilər. Səsin şiddəti və tez-tez meydana gəlməsi insandan insana dəyişir. Bəzən çox yüngül, az narahat edici, sadəcə discomfort hissi verir, bəzi insanların həyat tərzinə çox ciddi şəkildə mənfi təsir edərək şiddətli bir faktor sayıla bilər.

Subyektiv Tinnitus

Ən geniş yayılmış tinnitus növüdür və sadəcə şəxsin özü tərəfindən eşidilir. Kənarda heç bir səs qaynağı olmadan eşidilən səslərdir. Əsasən yüksək səslərə məruz qalma, qulaq infeksiyaları və ya stress kimi səbəblərlə ortaya çıxa bilər.

Objektif Tinnitus

Nadirdir və başqaları tərəfindən də eşidilə bilər. Qan damarları problemləri, əzələ spazmları və orta qulaqdakı mexaniki problemlərdən qaynaqlana bilər. Adətən, həkim stetoskop istifadə edərək eşidə bilər.

Qulaqda Niyə Küy Yaranır?

Qulaq küyünün araşdırılma aparılmadan dəqiq səbəbini söyləmək düzgün deyildir. Ən geniş yayılmış səbəblər aşağıdakılardır:

Yüksək səslərə məruz qalınması : Səs-küylü mühitdə uzun müddət qalmaq və ya yüksək səslə musiqi dinləmək, daxili qulaqdakı həssas hüceyrələrə zərər verə bilər.

Qulaq infeksiyaları və qulaq kiri : qulaq infeksiyaları, orta qulaqda maye və ya qulaqda kirin toplanması qulaq küyünə səbəb ola bilər.

Baş və Boyun yaralanmaları: Baş və boyun nahiyəsindən alınmış travmalar, sinirlərdə və ya daxili qulaqda zədələnməyə yol açaraq qulaq küyünə səbəb ola bilər.

Dərmanlar : Bəzi antibiotiklər, onkoloji xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar, diuretiklər, antidepressantlar da qulaq küyünə səbəb ola bilər.

Stress və  daxili narahatlıq: Əsəb gərginliyi, ruhi sarsıntı, pis xəbərlər qulaq küyünün yaranmasına və ya mövcud olan  əlamətləri daha  da pisləşdirə bilər.

Yaş: 60 yaş və yuxarı şəxslərdə eşitmə zəifliyi və  qulaq küyü geniş yayılmışdır.

Tinnitus Müalicəsi

Tinnitus Müalicəsi

Qulaq küyünün müalicəsi ilə bağlı dəqiq bir söz söyləmək mümkün deyil. Səbəbi aydınlaşdırıldıqda mütəxəssis həkim tərəfindən lazımi müalicə tədbirləri yoxlanılmalıdır.

Tinnitus Haqqında Maraqlı Məlumatlar

Tinnistus Hakkında Merak Edilenler

Avis Eşitmə Mərkəzi © 2025
vozol cilingir