Tinnitus, qulağın cinqiltisi

Tinnitus, qulağın cinqiltisi

Tinnitus, qulaqın cinqiltisi – xarici səs mənbəyi olmadan qulaqda səs-küyün eşidilməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Bu səslər cingilti, vızıltı, uğultu və ya digər formalarda hiss oluna bilər.

 Qulaq küyünün müşahidə olunma tezliyi yaşa görə dəyişir. Əslində nəzəri olaraq, uşaqlarda elə də çox müşahidə olunmur. Amma bu uşaqlarda qulaq küyünün olmaması demək deyildir. Uşaq şikayətini deməkdə, təsvir etməkdə çətinlik çəkə bilər. Qulaqda küy yüngül və yüksək  şiddətli ola bilər.Yüngul şiddətli küylər,xüsusən, gecələr və səssiz mühitlərdə eşidilə bilər.

Yüksək şiddətli küylər isə, demək olar ki, bütün mühitlərdə esidilə bilər.Müalicə edilməyən qulaq küyü bir müddət sonra insanda psixoloji problemlərin yaranmasına gətirərək ,onun depressiyaya düşməsinə səbəb ola bilər.

Tinnitusun təhlükəli ola biləcəyi vəziyyətlər də mümkündür.Əgər qulaq küyü qəfil yaranibsa,sürətlə inkişaf edirsə,qulaq küyü ilə yanaşı başgicəllənmə, eşitmə itkisi,baş ağrısı və müvazinətin pozulması kimi şikayətlər də  varsa, bu təhlükəli ola bilər.

Beyin kötüyundə 8-ci sinir vestibulokoxlear sinir/ müvazinət-eşitmə siniri/ adlanır və bu bölgədə yaranan bəzi şişlər erkən mərhələdə özünü qulaqda küylə göstərə bilər.Xüsusilə birtərəfli tinnitusu olar şəxslərdə eşitmə itkisi də muşahidə edilirsə, şiş əlamətləri qiymətləndirilməli və tədqiq edilməlidir.

Tinnitus, qulağın cinqiltisi.

Tinnitusun əlamətləri və növləri

Tinnitusun əlamətləri fərqli ola bilər və fərqli növlərə bölünür. Ən çox rast gəlinən simptomlar qulaqlarda davamlı və ya aralıq cingilti, xışıltı və ya vızıltı kimi səslərin eşidilməsidir. Tinnitusun həcmi zamanla dəyişə bilər və bəzi hallarda yuxu problemlərinə və gündəlik fəaliyyətlərdə konsentrasiyada çətinliklərə səbəb ola bilər.

“Tinnitus nədir?” sualının cavabını daha yaxşı başa düşmək üçün onun iki növü olduğunu diqqətə almaq lazımdır. Birincisi, subyektiv tinnitus – bu yalnız sizin eşitdiyiniz səslərdir, kənardan heç bir səs gəlmir. İkincisi – obyektiv tinnitus, nadir görülən bir vəziyyətdir. Bu zaman həkiminiz, ya da başqa birisi də sizin duyduğunuz səsi tibbi alətlərlə eşidə bilər. Bu, əsasən qan damarları ilə və ya əzələlərlə bağlı vəziyyətdən qaynaqlanır.

Unutmayın ki, tinnitus hər bir şəxsdə fərqli şəkillərdə ortaya çıxır. Sizin üçün ən yaxşı həll yolunu tapmaq müəyyən zaman ala bilər, ancaq bu müddətdə özünüzə diqqət edərək və mütəxəssis yardımı alaraq bunun həyatınıza olan neqativ təsirini ən aza endirə bilərsiniz .

Tinnitus hakkında

Tinnitus, insanın qulağında eşitdiyi davamlı və ya fasilələrlə cingiltili, uğultulu, zəng kimi, cırcırama səsi kimi və ya şəlalə səsi kimi səslərin, amma kənardan heç bir səs qaynağı olmadan eşidilməsi vəziyyətidir.

Tibbi nöqteyi nəzərdən baxanda xeyr. Ancaq davamlı tinnitus psixoloji olaraq zərərli ola bilər, gün ərzində diqqət dağınıqlığı yaradır, insanlar fikrini cəmləşdirə bilmir, hətta yuxu rejimini də pozur. Bundan başqa tinnitusun səbəblərinin təhlükəli ola biləcəyini də qeyd etmək lazımdır.

Xeyr, ancaq tinnitus adətən mövcud olan və ya getdikcə arta bilən eşitmə zəifliyinin əlaməti sayıla bilər. Bu səbəblə fasiləsiz və davamlı olan qulaq küyünüz varsa mütləq eşitmə üzrə mütəxəssisə müraciət edin.

Tinnitus adətən qulaqda küy kimi tanınır, külək səsi, su şırıltısı, cırcırama səsi, vızıltı, uğultu və ya fit səsi kimi fərqli formalarda ortaya çıxa bilər. Səsin tipi və şiddəti xəstədən xəstəyə və hətta qulaqdan qulağa dəyişə bilər.

Qulaq küyünün müalicəsi ilə bağlı dəqiq bir söz söyləmək mümkün deyil. Səbəbi aydınlaşdırıldıqda mütəxəssis həkim tərəfindən lazımi müalicə tədbirləri yoxlanılmalıdır. Eşitmə zəifliyi ilə bağlı küy isə eşitmə cihazları ilə ortadan qalxa bilər.

Tinnitusun səbəbləri

Tinnitus bir çox səbəbdən yarana bilər. Ən çox rast gəlinən səbəblər arasında daxili qulaq hüceyrələrinin zədələnməsi, yaşa bağlı eşitmə itkisi, yüksək səslərə uzun müddət məruz qalma və qulaq infeksiyaları yer alır.

Bundan əlavə, anemiya, diabet, hipotiroidizm və hipertiroidizm kimi sistemik xəstəliklər də tinnitusa səbəb ola bilər.

Tinnitus bir çox səbəbdən yarana bilər. Eşitmə zəifliyini yaradan hər bir pozğunluq, bir qayda olaraq, tinnitusa səbəb ola bildiyi kimi, qulaqda eşitmə itkisi yaratmayan sistem pozgunluqlar da tinnitusun səbəbi ola bilər. Qanazlığı ilə yaranan anemiya və dəmir çatışmazlığı da qulaqda küy yarada bilər. B12 vitamininin çatışmazlığı və ya şəkər xəstəliyi nəticəsində də tinnitus yarana bilər.

Qulaqda küy qulağa aid səbəblərlə yanaşı, bədəndə mövcud olan digər xəstəliklərin nəticəsi kimi də yarana bilər. Xüsusən yetkinlik dövründə yaşın artması ilə birgə tinnitusa daha çox rast gəlinir və hər on ildən bir artmağa davam edir. Peşəsi ilə əlaqədar olaraq, gurultuya və ya təzyiq dəyişikliyinə məruz qalmaq da/əsgər,pilot və ya dalğıc kimi/ qulaqda küyün artmasına səbəb ola bilər.

Bunlarla yanaşı, aşağıda sayılanlar da tinnitusa səbəb ola bilər;

  • Qulaq iltihabları
  • Tıxaclar
  • Qulaq pərdəsini deşilməsi
  • Peşə ilə əlaqədar deformasiyalar
  • Şəkər
  • Yüksək təzyiq
  • Tıxac istifadəsi
  • Beyin şişləri
  • Stress
  • Qulaq sümükcüklərində dəyişikliklər
  • Hormonal dəyişikliklər
  • Menyer xəstəliyi
  • Ürək və damar xəstəlikləri
  • Qanazliğı
  • Travma

Tinnitus ilə yaşamağı öyrənmək

Tinnitus ilə yaşamaq bəzən çox çətin və dözülməz ola bilər, amma bu vəziyyətin də idarə edilməsi yolları var. İlk olaraq sakit şəraitdə cingilti daha çox sizi narahat etdiyinə görə , çalışın ətrafınızda çox incə və yüngül səs qaynağı olsun. Məsələn, gecə yatarkən çox zəif musiqi və ya ritmik zəngli saatın səsini eşidərək yuxuya gedə bilərsəniz, bunun sayəsində qulaqda cingilti sanki maskalanır və daha rahat yatmaq olar.

Gündəlik həyatınızda ardıcıl bunları təkrar edərək, tinnitusun sizə daha az narahat etdiyinin fərqinə vara bilərsəniz. Düzgün qidalanmaq, təmiz havada çox olmaq, müntəzəm idmanla məşğul olmaq və kifayət qədər yatmaq, orqanizmin ümumi sağlamlığını dəstəkləyərək qulaq küyünü

. nəzarətdə saxlamağa kömək edə bilər.

Spirtli içkilər və kofein kimi qulaq küyünü artıran maddələrdən uzaq durmaq da çox önəmlidir. Bunun yanında, eşitmə zəifliyi səbəbi ilə ortaya çıxan tinnitus üçün eşitmə cihazlarını istifadə etmək çox müsbət təsirli bir metoddur. Avis Eşitmə cihazları, hər bir şəxsə özəl və qabaqcıl texnologiya ilə təchiz olunmuş məhsulların köməyilə  tinnitusun mənfi hallarını ən aza endirir. Xüsusilə tinnitus şikayəti olan şəxslər üçün bəzi model cihazlar, qulaqdakı küyü ortadan qaldıraraq ünsiyyətdə olduğunuz şəxslərin səslərini daha rahat eşitdirmənizi təmin edir, beləliklə, həm daha aydın eşidirsiniz, həm də küy artıq sizi narahat etmir.     `

Siz də tinnitusdan qurtulmaq və eşitmə keyfiyyətinizi daha da yaxşılaşdırmaq istəyirsinizsə, Avis Eşitmə cihazları ilə  düzgün həll yolları tapa bilərsiniz

Sizi qulaqda küy narahat edir?

Tinnitus nədir?

Tinnitus Nədir?

Tinnitus, xalq arasında qulaq küyü kimi bilinən, insanların bəzən fasilələrlə və ya arası kəsilmədən davamlı eşitdiyi səslərdir.

Tinnitus haqqında maraqlı məlumatlar

Tinnitus Haqqında Maraqlı Məlumatlar

Sizi maraqlandıra biləcək digər mövzular

  • All Posts
  • Genel
Avis Eşitmə Mərkəzi © 2025
vozol cilingir