Tez-tez soruşulan suallar

Səs gücləndiricilər kobud görünüşündən əlavə şablon olaraq hər kəsə, yəni eşitmə zəifliyinin dərəcəsi nəzərə alınmadan satılır, getdikcə daha da dərəcəni ağırlaşdırır. Eyni zamanda ətrafdan gələn bütün səsləri bərabər verdiyi üçün pasient əlavə küylərdən narahat olur. Amma eşitmə mərkəzində olan rəqəmsal cihazlar həkim tərəfindən hər kəsin eşitmə zəifliyinin dərəcəsinə uyğun şəkildə tənzimlənib təyin edilir, dərəcənin getdikcə ağırlaşmasının qarşısını alır və stabil saxlayır. Bununla yanaşı incə və estetik görünüşə malikdir.

Gecə yatarkən, duş və ya dəstəmaz zamanı, hovuz və ya dənizə girərkən, saç qurutma feni, parfüm və günəş kremi istifadə edərkən, MRT və ya Tomoqrafiya zamanı mütləq çıxarılmalıdır. Cihazların ən böyük düşməni su və nəm olduğu üçün mütləq diqqət etmək lazımdır.

Əlavə batareyaları sərin, günəş şüası düşməyən və quru yerdə saxlanmalıdır. Soyuducuda saxlanan batareyalar nəmlənə bilər, ona görə orda saxlamaq olmaz.

Batareyanın üzərindəki etiketi çıxardıqdan sonra aktivləşməsi üçün bir az gözləyib cihaza taxın, bunun sayəsində batareya ömrünü müəyyən qədər uzatmış olarsınız. Gecə yatarkən batareyanı cihazın içindən çıxarsanız onun təmas nöqtələrində ola biləcək oksidlənmənin qarşısını almış olarsınız. Təsadüfən də olsa udulsa sağlamlığa ciddi zərər verə bilər deyə uşaqlardan, əqli problem olan insanlardan uzaq tutulmalıdır. Uşağınızın cihaz batareyasını hər zaman siz dəyişdirin. Bitmiş batareyaların tərkibində təbiətə zərərli kimyəvi maddələr olduğuna görə mütləq zibil qutusuna atılmalıdır.

Eşitmə cihazınız üçün batareyaları istədiyiniz yerdən almaq mümkündür, məhz eşitmə cihazı batareyası olduğuna və son istifadə müddətinin keçməməsinə diqqət etmək lazımdır. Saat batareyalarını qəti istifadə etmək olmaz, cihaza qalıcı zərərlər yetirə bilər.

Eşitmə cihazı audioloji müayinələr aparıldıqdan sonra səsi dinlənib razılıq verilərsə alına biləcək bir cihazdır. İnternetdən və ya sadəcə müayinə nəticələrinə görə almaq mümkün və düzgün deyil. Əgər pasientin mərkəzimizə gəlməsi mümkün deyilsə və ya yerimədə məhdudiyyəti varsa bizim ev servis xidmətimiz də mövcuddur , mərkəzdə və ya evdə qiymət fərqi olmadan ayarlanıb qəlib götürülür. Bunun üçün sizin etməniz gərəkən öncədən randevu almaqdır. Bu zaman biz bütün müayinə avadanlıqları, fərqli cihazlarla ünvana gəlirik və siz də bu xidmətdən yararlanırsınız.

Əgər hər iki qulaqda eşitmə zəifliyi varsa mütləq şəkildə cüt cihaz istifadəsinə başlanmalıdır. Təəssüf ki bəzən maddiyyat nəzərə alınaraq tək cihaz tələbatı yaranır, bu vəziyyətdə isə nisbətən daha yaxşı eşidən tərəf seçilməlidir, səbəbi isə bir tərəfli olsa belə yaxşı tərəfin daha da yaxşı eşitməsini və gələcəkdə digər tərəf kimi daha da ağırlaşmasının qarşısını almaqdır. Amma ikitərəfli cihaz istifadəsi həm daha komfortlu eşitmə və anlama, həm arxadan gələn səsin istiqamətinin ayırd edilməsi üçün mütləq şəkildə tövsiyyə edilməlidir.

 
 

Cihazın beynəlxalq markalı olması və güvənilən firmadan alınması ən önəmli nüansdır, cihazın istifadə müddəti ərzində yarana biləcək problemləri həll edən və məsuliyyət daşıyan firma olması bu səbəbdəndir. İstifadəçidən də çox şey asılıdr, amma hər bir halda istər istifadəçi xətası , istər istehsalçı səhvi səbəbindən cihazda nasazlıq yaranarsa təmir edilməlidir. İstənilən vaxt düzgün və ödənişsiz ayarlanmalıdır. Ara-sıra profilaktik məqsədlə kontrol müayinələr pulsuz olmalıdır.

Təcrübəli mütəxəssis tərəfindən şəxsin eşitmə zəifliyinin dərəcəsi , tipi, qulaq kanalının quruluşu, pasientin yaşı da nəzərə alınmaqla ona özəl cihaz seçilərək ilk öncə cihazın səsinə qulaq asdırılır , düzgün şəkildə tənzimləyib təyin edilir.

Qulaq pərdəisndə perforasiya olarsa eşitmə cihazı əlbəttə istifadə oluna bilər, sadəcə diqqət edilməli nüans – belə qulaqda axıntı və infeksiya riski daha çox olduğu üçün cihazlar buna uyğun seçilməli və pasientə ətraflı məlumat verilməlidir.

Eşitmə cihazı istifadəsindən əvvəl eşidə bilmədiyiniz səsləri cihaz taxandan sonra birdən birə daha yaxşı eşidəcəyiniz üçün ilk 4 həftəlik adaptasiya qaydalarına riayət edilməlidir. İlk həftələrdə sakit və qapalı şəraitdə, daha sonra küçə və ya səsli-küylü yerlərdə istifadə edilməlidir. Cihazlar yüngül və kiçikdir, həm də qulaq quruluşuna uyğun hazırlanmış qəlib vasitəsilə istifadə olduğuna görə narahatlıq vermir, həmçinin cihazlar hər pasientin eşitmə zəifliyinə uyğun ayarlandığına görə həddən çox yüksək səs də verməz.

Eşitmə zəifliyi olan şəxslərdə qulaq öz funksiyasını düzgün şəkildə yerinə yetirə bilmədiyi üçün ünsiyyətdə çətinlik çəkir. Bu isə zamanla getdikcə artır və sözlərin anlaması, qavraması, ayırd olunması faiz olaraq aşağı düşməyə başlayır. Yəni vaxtında düzgün təyin edilmiş və doğru ayarlanmış cihazlar qulağı tənbəlləşdirməz tam əksinə eşitmə zəifliyinin artmasının qarşısını alar.

Eşitmə zəifliyi ilə yanaşı qulaqda küy olan şəxslərdə cihaz təyinatında tinnitus müalicəsi olan cihazlar seçilməlidir. Belə cihazlar həm şəxsin eşitmə zəifliyinin qarşısını almaqla yanaşı xüsusi tinnitus proqramı vasitəsilə bu problem də getdikcə aradan qalxır və artıq xəstəni narahat etmir. Hər şəxsin qulaqdakı səsinin hansı tezlikdə və ya hansı şiddətdə olmasına uyğun terapi seçilir və istifadəsi ətraflı şəkildə izah edilir. Faydasının yüksək nisbətdə olması ilə bərabər hətta cihazı ilk dəfə yoxlayarkən belə pasientlər küyün çox azaldığını söyləyır.

Eşitmə zəifliyinin müalicə və ya əməliyyatla aradan qaldırılması mümkün deyilsə, bu artıq qalıcı bir itkidir və eşitmə cihazı ilə zəifliyin getdikcə artmasının qarşısı alınmalıdır , amma bu o demək deyildir ki, cihaz istifadə edilərsə tamamilə bərpa olar, eşitmə zəifliyi sinir mənşəlidirsə şəxs əvvəlki kimi eşidə bilməz, ancaq cihaz vasitəsilə daha yaxşı eşidə bilər, sözlərin düzgün anlaması və ayırd edilməsi rahat olar, ünsiyyət zamanı çətinlik çəkməz.

Sizi maraqlandıra biləcək digər mövzular

  • All Posts
  • Genel
Avis Eşitmə Mərkəzi © 2025
vozol cilingir