Uşaqlarda eşitmə cihazlarının istifadəsi

Uşaqlarda eşitmə cihazlarının istifadəsi

Eşitmə zəifliyi  erkən diaqnozu qoyulmuş və eşitmə cihazından istifadə etməyə erkən başlamış bir uşaq getdikcə daha da yaxşı eşidəcək, bu  da onun sosial mühitdən uzaqlaşmasının və həddindən artıq aqressiv davranışların qarşısını alacaq. Uşağın erkən yaşda eşitmə cihazı istifadə etməsi və reabilitasiya proqramına qatılması, nitqin inkişafına müsbət təsir göstərir.

Səs-küylü mühitlərdə, məsələn, sinif otağında, uşağın müəllimin səsini daha aydın eşitməsi və anlaması üçün eşitmə cihazı ilə yanaşı yardımçı dinləmə sistemlərinin istifadəsi tövsiyə olunur. Uşaqların eşitmə cihazına erkən sahib olması, reabilitasiya proqramına erkən qoşulması və ehtiyac olduqda yardımçı dinləmə sistemlərindən istifadə etməsi, onların idrak və nitq inkişafı baxımından olduqca vacibdir.

Uşaqlar üçün eşitmə cihazı seçərkən nələrə diqqət edilməlidir?

Eşitmə cihazı seçimi zamanı aşağıdakı faktorlar nəzərə alınmalıdır:

Eşitmə itkisi növü və dərəcəsi  Yüngül eşitmə itkisi olan uşaqlar üçün zəif gücləndirmə kifayət edə bilər, lakin ağır eşitmə itkisi olan uşaqlar üçün daha güclü cihazlar lazımdır.Uşağın yaşı – Kiçik yaşlı uşaqlarda qulaq qəlibi tez-tez dəyişdiyi üçün qulaq arxası cihazlar daha uyğun ola bilər.Uşağın seçimi – Məktəb yaşındakı uşaqlar daha az nəzərə çarpan cihazlara üstünlük verə bilərlər. Buna görə də cihazın görünüşü, istifadəsi və funksionallığı barədə uşağın fikri də nəzərə alınmalıdır.

Uşaq eşitmə cihazları anadangəlmə və ya sonradan yaranmış eşitmə zəifliyi problemi olan uşaqların səsləri daha aydın qəbul etməsinə kömək edir. Erkən aşkar edilməyən eşitmə itkisi uşağın danışıq, dil bacarıqları ilə yanaşı , sosial inkişafına  da mənfi təsir edə bilər.  Buna görə də, uşaqların erkən dövrdə müayinə olunması və eşitmə zəifliyi aşkar edilərsə, eşitmə cihazı kimi müvafiq tədbirlərin görülməsi çox vacibdir.

Sizi Maraqlandıra biləcək Digər Mövzular

  • All Posts
  • Genel
Avis Eşitmə Mərkəzi © 2025
vozol cilingir