
Eşitmə, düzgün cihaz seçiminin və peşəkar dəstəyin əhəmiyyəti Eşitmə sağlamlığı, insanın gündəlik həyat keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir....
Eşitmə zəifliyi həm böyüklər, həm də azyaşlılar arasında çox yayılmış problemlərdən birinə çevrilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, dünyada 466 milyon insan eşitmə ilə bağlı ciddi problemlərdən əziyyət çəkir ki, onlardan da 34 milyonu uşaqlardır. 2050-ci ildə isə hər on nəfərdən birinin bu problemlə üzləşəcəyi proqnozlaşdırılır. Bəs uşaqlarda eşitmə zəifliyinin artmasına gətirib çıxaran səbəblər hansılardır?
Valideynlərin bu mövzuda daha məlumatsız olması, bir də hazırda uşaqların planşet, televizor, telefondan daha çox istifadə etməsi eşitmə zəifliyi olan uşaqların artmasının əsas səbəbləridir. Hətta bu proses nitqdə ləngiməyə də gətirib çıxarır. Anadangəlmə eşitmə zəfliyinin səbəbləri isə çoxdur. Genetik faktordan tutmuş, ana bətnində keçirilmiş xəstəliklər buna səbəb ola bilər.
Anadangəlmə, ya da hansısa xəstəlikdən sonra qazanılmış eşitmə zəifliyi var ki, onlar qalıcıdır. Dərəcəsindən asılı olmayaraq, qalıcı eşitmə zəifliyi varsa, yəni xəstə daxili qulaq və ya eşitmə siniri zədələndiyinə görə zəif eşidirsə, onlara ancaq eşitmə aparatı kömək edə bilər. Eşitmə aparatının uşaqlarda kompleksə çevrilməməsində əsas rol valideynlərin üzərinə düşür. Hər şey valideynlərin yanaşmasından başlayır. Yəni, cəmiyyət uşaqları normal, adi bir insan kimi qəbul edirsə, uşaq da gələcəkdə özünü o cür qəbul edəcək. Amma eşitmə zəifliyinə bir ayıb, utanılacaq bir vəziyyət kimi baxanda və onu gizlətməyə çalışanda, təbii ki, uşaqlarda da kompleks yaranır və cəmiyyətdə özlərini yad hiss etməyə başlayırlar. Bu vəziyyətin normal olduğunu qəbul edib, lazımdırsa, müalicə və əməliyyat , lazımdırsa, eşitmə cihazları ilə korreksiya etmək lazımdır.
Körpənizdə eşitmə zəifliyinin olub olmadığını anlamaq üçün bəzi məlumatları bilmək vacibdir.
Normal eşidən uşaq 6-9 aylığında səsin gəldiyi istiqamətə baxmağa çalışır, 10 aydan sonra adını söylədiyinizdə müəyyən səslər çıxararaq reaksiya verməyə çalışır, 12 aydan yuxarı körpələrdə sadə kəlimələri təkrarlamağa başlayır. Bütün körpələrdən bu gedişatın eyni olmasını gözləmirik, ancaq təxmini də olsa bu cür bənzərlik görünür. Bəziləri daha erkən danışmağa başlayır, bəziləri eşitmə zəifliyi səbəbiylə daha gec və ya heç başlaya bilmir.
Normal eşidən körpənin eşitmə inkişafını bilmək onda eşitmə zəifliyinin olub olmamasını təyin etməyi asanlaşdıracaq.
Uşağınızda ola biləcək hər hansı dərəcəli eşitmə zəifliyini müşahifə etmək çox önəmlidir.
Eşitmə, düzgün cihaz seçiminin və peşəkar dəstəyin əhəmiyyəti Eşitmə sağlamlığı, insanın gündəlik həyat keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir....
Loqoped dəstəyi eşitmə zəifliyi yaşayan uşaqların nitq inkişafında mühüm rol oynayır. Avis Eşitmə Mərkəzi olaraq biz təkcə eşitmə cihazlarının seçilməsi...
Bilirdinizmi ki, kişilərdə eşitmə zəifliyi qadınlara nisbətən daha çox görülür? Maraqlıdır ki, bu fərqin səbəbi bioloji deyil, həyat tərzi ilə...
Salamlar