Yaşlılarda eşitmə zəifliyi: əlamətlər, səbəblər və dəstək yolları

Yaş artdıqca insan orqanizmində müəyyən dəyişikliklər baş verir və bunlardan biri də eşitmə qabiliyyətinin zəifləməsidir. Yaşlılarda eşitmə zəifliyi, bəzən təbii qəbul olunsa da, vaxtında aşkar edilmədikdə sosial təcrid, yaddaş zəifləməsi və hətta depressiyaya səbəb ola bilər.

Bəs bu vəziyyəti necə vaxtında anlaya bilərik?

Ən çox görülən əlamətlər:

– Televizorun və ya radioun səsini çox artırmaq,

– Söhbət zamanı “Nə?” və ya “Təkrar et” demək,

– Telefonla danışmaqda çətinlik çəkmək,

– Fon səsi olanda qarşı tərəfi eşidə bilməmək,

– Qarşısındakı adamın dediklərini yanlış başa düşmək,

Eşitmə zəifliyinin əsas səbəbləri

Presbiakuziya adlanan yaşa bağlı eşitmə zəifliyi, sinir hüceyrələrinin tədricən funksiyasını itirməsi ilə əlaqəlidir. Bu proses aşağıdakı səbəblərlə sürətlənə bilər:

– Qulaq travmaları və ya tez-tez infeksiyalar,

– Diabet, yüksək təzyiq kimi xroniki xəstəliklər,

– Bəzi dərmanların ototoksik təsiri,

– Ailədə genetik meyillilik,

Eşitmə Zəyifliyi dəstək və müalicə yolları

Ən vacib addım — vaxtında eşitmə testi aparmaqdır. Sadə və ağrısız olan bu testlə, zəifliyin dərəcəsi müəyyən olunur və ona uyğun addımlar atılır:

– Eşitmə cihazı seçimi: Yaşlı insanlar üçün rahat və sadə modellər mövcuddur.

– Ailə dəstəyi: Yaxınların anlayışı və dəstəyi adaptasiya prosesini asanlaşdırır.

– Daimi yoxlamalar və cihaz baxımı

Unutmayın:

Eşitmək – qarşılıqlı əlaqənin, sevginin və yaddaşın qorunması deməkdir.

Ən çox verilən suallar :

  1. Eşitmə cihazı yaşlı insana uyğunlaşmaqda çətinlik yaradır?

Xeyr. Doğru cihaz seçilərsə və pasientə izah edilərsə, bir neçə həftəyə uyğunlaşma baş verir.

  • Eşitmə zəifliyi yaddaşa təsir edir?

Bəli. Uzun müddət eşitməmək beyni passivləşdirir və bu, yaddaş zəifləməsinə səbəb ola bilər.

  • Cihazlar necə görünür və ya az görünən varmı ?

Artıq müasir cihazlar çox kiçik və gözə batmayan formadadır.

Görünməyən qulaq aparatı – bizə tez-tez verilən suallardan biridir

Nəticə :

Yaşlılarda eşitmə zəifliyi qaçılmaz deyil. Vaxtında diaqnoz və düzgün müalicə ilə həm sosial əlaqə, həm də həyat keyfiyyəti qorunur. Əgər siz və ya yaxınlarınız bu əlamətləri hiss edirsinizsə, ilk addım sadə bir eşitmə testidir.

Bizə müraciət edin – ilk konsultasiya pulsuzdur.

Avis Eşitmə Mərkəzi –  daha yaxşı eşitmək istəyənlərin hər zaman yanındadır!

Doktor Aygün Əliyeva

Avis Eşitmə Mərkəzi © 2025
vozol cilingir