Tinnitus, qulaq cingiltisi

Tinnitus, qulaq cingiltisi – xarici səs mənbəyi olmadan qulaqda səs-küyün eşidilməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Bu səslər cingilti, vızıltı, uğultu və ya digər formalarda hiss oluna bilər.

Qulaq küyünün müşahidə olunma tezliyi yaşa görə dəyişir. Əslində nəzəri olaraq, uşaqlarda elə də çox müşahidə olunmur. Amma bu uşaqlarda qulaq küyünün olmaması demək deyildir. Uşaq şikayətini deməkdə, təsvir etməkdə çətinlik çəkə bilər.

Yüngül şiddətli küylər xüsusən gecələr və səssiz mühitlərdə eşidilə bilər. Yüksək şiddətli küylər isə demək olar ki, bütün mühitlərdə eşidilir. Müalicə edilməyən qulaq küyü bir müddət sonra insanda psixoloji problemlərə gətirib çıxara bilər.

Tinnitus təhlükəli ola bilər: qəfil yaranarsa, sürətlə inkişaf edirsə, başgicəllənmə, eşitmə itkisi, baş ağrısı və müvazinət pozulması ilə müşahidə olunursa, dərhal həkimə müraciət olunmalıdır.

Qulaq cingiltisi broşür

Tinnitusun əlamətləri və növləri

Tinnitusun əlamətləri fərqli ola bilər: qulaqlarda davamlı və ya aralıq cingilti, xışıltı və ya vızıltı kimi səslər eşidilir. Həcmi zamanla dəyişə bilər və bəzi hallarda yuxu problemləri və diqqət dağınıqlığına səbəb olar.

Tinnitus illustration
Tinnitus nədir?
Tinnitus, insanın qulağında eşitdiyi davamlı və ya fasilələrlə cingiltili, uğultulu, zəng kimi, cırcırama səsi kimi və ya şəlalə səsi kimi səslərin, amma kənardan heç bir səs qaynağı olmadan eşidilməsi vəziyyətidir.
Tinnitus zərərlidirmi?
Tibbi nöqteyi nəzərdən baxanda xeyr. Ancaq davamlı tinnitus psixoloji olaraq zərərli ola bilər, gün ərzində diqqət dağınıqlığı yaradır, insanlar fikrini cəmləşdirə bilmir, hətta yuxu rejimini də pozur. Bundan başqa tinnitusun səbəblərinin təhlükəli ola biləcəyini də qeyd etmək lazımdır.
Qulaqda küy eşitmə zəifliyinə səbəb ola bilər?
Xeyr, ancaq tinnitus adətən mövcud olan və ya getdikcə arta bilən eşitmə zəifliyinin əlaməti sayıla bilər. Bu səbəblə fasiləsiz və davamlı olan qulaq küyünüz varsa mütləq eşitmə üzrə mütəxəssisə müraciət edin.
Qulaqda küy necə azaldıla bilər?
Tinnitus adətən qulaqda küy kimi tanınır, külək səsi, su şırıltısı, cırcırama səsi, vızıltı, uğultu və ya fit səsi kimi fərqli formalarda ortaya çıxa bilər. Səsin tipi və şiddəti xəstədən xəstəyə və hətta qulaqdan qulağa dəyişə bilər.
Tinnitus müalicə edilirmi?
Qulaq küyünün müalicəsi ilə bağlı dəqiq bir söz söyləmək mümkün deyil. Səbəbi aydınlaşdırıldıqda mütəxəssis həkim tərəfindən lazımi müalicə tədbirləri yoxlanılmalıdır. Eşitmə zəifliyi ilə bağlı küy isə eşitmə cihazları ilə ortadan qalxa bilər.

Tinnitusun səbəbləri

Tinnitus bir çox səbəbdən yarana bilər: daxili qulaq hüceyrələrinin zədələnməsi, yaşlanma, yüksək səsə məruz qalma, infeksiyalar və s. Bundan əlavə, sistem xəstəlikləri – anemiya, diabet, tiroid problemləri də rol oynaya bilər.

  • Qulaq iltihabları
  • Tıxaclar
  • Qulaq pərdəsinin deşilməsi
  • Peşə ilə əlaqədar deformasiyalar
  • Şəkər xəstəliyi
  • Yüksək təzyiq
  • Beyin şişləri
  • Stress
  • Qulaq sümükcüklərində dəyişikliklər
  • Hormonal dəyişikliklər
  • Menyer xəstəliyi
  • Ürək-damar xəstəlikləri
  • Qanazlığı

Tinnitus ilə yaşamağı öyrənmək

Tinnitus ilə yaşamaq çətin ola bilər, amma idarəetmə üsulları var. Sakit mühitlərdə zəif musiqi və ya səslər qulaq küyünü maskalaya bilər. Sağlam həyat tərzi – düzgün qidalanma, idman, kifayət qədər yuxu da müsbət təsir göstərir.

Spirtli içkilər, kofein kimi faktorlardan uzaq durmaq, eləcə də uyğun eşitmə cihazları istifadə etmək narahatlığı minimuma endirə bilər.

Sizi qulaqda küy narahat edir?
Bizə müraciət edin