Eşitmə cihazlarının tənzimlənməsi

Eşitmə cihazı yalnız düzgün tənzimləndikdə effektiv nəticə verir. Bu xidmət çərçivəsində cihazınız fərdi eşitmə testinin nəticələrinə uyğun olaraq proqramlaşdırılır və qulağınıza tam uyğun səviyyədə tənzimlənir. Tənzimləmə prosesi zamanı səsin gücü, tezliyi və cihazın digər parametrləri peşəkar audioloq tərəfindən dəqiqliklə qurulur.

Eşitmə cihazının ayarlanması, yenidən proqramlaşdırılması və adaptasiya dəstəyi bu xidmətə daxildir. Müntəzəm tənzimləmə eşitmə keyfiyyətinizi qorumağa və cihazdan maksimum fayda əldə etməyə imkan verir.

Qeyd: Optimal nəticə üçün 6–12 ayda bir kontrol və incə tənzimləmə tövsiyə olunur.