Timpanometriya testi
Orta qulağın vəziyyətini obyektiv qiymətləndirən, sürətli və ağrısız audioloji müayinə
Timpanometriya testi orta qulaqın vəziyyətini qiymətləndirmək üçün aparılan obyektiv eşitmə müayinəsidir. Bu test zamanı qulaq kanalına xüsusi cihaz ucluğu yerləşdirilərək, təzyiq dəyişikliklərinə qulaq pərdəsinin necə reaksiya verdiyi ölçülür.
Timpanometriya maye yığılması, qulaq pərdəsinin hərəkətsizliyi, Yevstax borusunun funksionallığı, iltihab kimi hallar barədə ətraflı məlumat verir. Xüsusilə uşaq və yeniyetmələrdə tez-tez rast gəlinən qulaq problemlərinin diaqnostikasında əhəmiyyətli rol oynayır.
Sadə, ağrısız və qısa müddətdə aparılan bu test qulaq sağlamlığınız haqqında önəmli göstəricilər təqdim edir.
Nə zaman tövsiyə edilir?
- Tez-tez təkrarlanan qulaq iltihabları və ağrılar
- Qulaqda doluluq və ya təzyiq hissi
- Uşaqlarda eşitmə və nitq inkişafında ləngimə şübhəsi
- Uçuş/qrip sonrası eşitmə dəyişiklikləri
Test necə aparılır?
- Qısa baxışdan sonra ucluq qulaq kanalına yerləşdirilir
- Cihaz müxtəlif təzyiq dəyişiklikləri yaradır
- Qulaq pərdəsinin hərəkəti avtomatik ölçülür və qrafik olaraq yazılır
- Hər iki qulaq ayrıca qiymətləndirilir
Nəticələrin izahı (qısa)
- Tip A: Normal orta qulaq təzyiqi və hərəkətlilik
- Tip B: Maye yığılması və ya pərdə hərəkətsizliyi ehtimalı
- Tip C: Mənfi təzyiq – Yevstax borusu disfunksiyası göstəricisi ola bilər
Uşaqlarda timpanometriya təhlükəsizdirmi?
Bəli. Ağrısız, sürətli və qeyri-invazivdir. Kiçik uşaqlarda da təhlükəsiz aparılır.
Test öncəsi hazırlıq lazımdır?
Xüsusi hazırlıq tələb etmir. Qulaq kanalı qulaq kiri ilə tam tıxanıbsa, öncə təmizlənməsi istənə bilər.
Nəticələr nə qədər dəqiqdir?
Timpanometriya obyektiv ölçüm verir və həkim müayinəsi ilə birgə ən dəqiq qiymətləndirmə əldə olunur.