
Eşitmə Testi (Audiometriya)
Eşitmə testi (audiometriya testi) eşitmə qabiliyyətini ölçmək üçün aparılan peşəkar audioloji müayinədir. Bu test zamanı müxtəlif tezlikli səslər və tonlar istifadə edilərək, şəxsin hansı səviyyədə eşitmə zəifliyi yaşadığı müəyyən olunur.
Test xüsusi avadanlıqlarla, səssiz otaqda, qulaqcıq vasitəsilə aparılır və hər iki qulaq ayrı-ayrılıqda yoxlanılır. Audiometriya eşitmə problemlərinin erkən aşkarlanması və düzgün müalicə planının seçilməsi üçün olduqca önəmlidir.
5 yaşdan yuxarı həm uşaqlarda, həm də böyüklərdə aparıla bilər.
Avis Eşitmə Mərkəzi olaraq, bizə müraciət edərək bu testi dəqiq yoxlama, düzgün diaqnoz və ətraflı konsultasiya ilə birlikdə eşitmə cihazı aldığınız zaman tamamilə pulsuz etdirə bilərsiniz.