Qulaq qəliblərinin hazırlanması
Qulaq qəlibləri eşitmə cihazının qulağa tam oturması və səsin düzgün ötürülməsi üçün xüsusi ölçü ilə hazırlanır. Avis Eşitmə Mərkəzində həm yumşaq, həm də sərt materialda fərdi qulaq qəlibləri hazırlanır. Eşitmə cihazı aldığınız zaman qəlib hədiyyə olaraq təqdim olunur. Digər hallarda isə sifariş əsasında ödənişli şəkildə hazırlanır. Fərdi qəlib rahat istifadə və yüksək səs keyfiyyəti üçün vacibdir.
Qeyd: Qəlibin hazırlanması üçün qulaq kanalı sağlam olmalıdır. Tıxacı varsa əvvəlcə həkim tərəfindən təmizlənməlidir.
Material növləri
- Yumşaq (silikon): Rahatlıq yüksək, uşaqlar və aktiv istifadə üçün uyğundur
- Sərt (akril): Dayanıqlı, təmizlənməsi asan, səs izolyasiyası yaxşı
Uyğunluq & forma
- RIC, BTE və ITE modelləri üçün fərdi qəlib
- Vent (hava kanalı) və filtr seçimi səs balansına görə
- Rəng və dizayn variantları
Qulluq (təlimat)
- Gündəlik səth təmizliyi, həftəlik dərin təmizlik
- Nəmişlikdən qoruyun; qurutma kapsulu istifadə edin
- Vent və filtrin periodik dəyişimi
Proses necə işləyir?
Otoskopik yoxlama: Qulaq kanalının vəziyyəti qiymətləndirilir.
Ölçü götürülməsi: Qulaqdan təhlükəsiz materialla impression alınır.
Modelləşdirmə & hazırlama: Ölçüyə uyğun qəlib hazırlanır.
Sınaq & uyğunlaşdırma: Qulağa oturuş və sızma yoxlanılır.
Təhvil & təlimat: Qulluq və istifadə üzrə qısa izah verilir.
İcra müddəti: adətən 5-10 iş günü (iş yükü və modeldən asılı olaraq).
Uşaqlar üçün qəlib hazırlayırsınız?
Bəli. Yumşaq silikon material uşaqlar üçün daha rahat və təhlükəsizdir.
Qəlib nə qədər davamlıdır?
Material və qulluqdan asılı olaraq 1–2 il və ya daha çox istifadə mümkündür.
Başqa mərkəzdən aldığım cihaz üçün də qəlib hazırlaya bilərsiniz?
Bəli. Model uyğunluğu yoxlandıqdan sonra fərdi qəlib hazırlaya bilərik.