Şarjlı, Yoxsa Batareyalı Eşitmə Cihazı — Hansı Daha Uyğundur?

Şarjlı eşitmə cihazı, yoxsa batareyalı — eşitmə cihazı seçərkən pasiyentlərin ən çox verdiyi suallardan biri məhz budur. Şarjlı eşitmə cihazları bu gün geniş yayılıb və bir çox yeni nəsil modellərdə bu texnologiya mövcuddur. Lakin batareyalı cihazlar da hələ aktual seçim olaraq qalır. Əslində birini hamı üçün “daha yaxşı” hesab etmək düzgün deyil — seçim fərdidir.

Şarjlı Eşitmə Cihazı Nədir?
Şarjlı eşitmə cihazı daxili akkumulyatorla işləyən və xüsusi zaryatka cihazı vasitəsilə yenidən enerji toplayan eşitmə aparatıdır. Əksər müasir modellərdə cihazı gecə zaryatka qutusuna yerləşdirmək kifayətdir — səhər isə cihaz yenidən istifadəyə hazır olur.
Şarjlı modellərin əsas üstünlüyü gündəlik istifadədə kiçik batareyaları dəyişmək ehtiyacının olmamasıdır. Signia IX kimi müasir eşitmə cihazları da şarjlı texnologiya ilə təchiz olunmuşdur.
Şarjlı vs Batareyalı — Müqayisə
- Batareya dəyişməyə ehtiyac yoxdur
- Gecə zaryatkaya qoy, səhər hazırdır
- Xırda əşyaları idarə etmək lazım deyil
- Bluetooth və əlavə funksiyalar ola bilər
- Uzunmüddətdə batareya xərci yoxdur
- Zaryatka gözləmək lazım deyil
- Batareya bitəndə dərhal əvəz etmək olur
- Elektriksiz mühitdə işləyir
- Müxtəlif qiymət seçimləri var
- Ehtiyat batareya daşımaq lazımdır
Şarjlı Eşitmə Cihazlarının Üstünlükləri
- Batareya dəyişmək lazım deyil — xüsusilə barmaq çevikliyi zəif olan yaşlı istifadəçilər üçün rahatdır
- İstifadəsi sadədir — gecə zaryatkaya qoy, səhər götür
- Ehtiyat batareya daşımaq lazım deyil — əsas məsələ mütəmadi zaryatka etməkdir
- Bluetooth və texnoloji funksiyalar — bir çox müasir modeldə telefon bağlantısı mövcuddur
Şarjlı Cihazların Nəzərə Alınmalı Məqamları
Şarjlı cihazların da müəyyən çatışmazlıqları var. Ən əsas məsələ — cihazın mütəmadi zaryatka edilməsidir. Zaryatka etməyi unutduqda cihazın enerjisi bitə bilər.
Səfərdə, elektriksiz mühitdə və ya uzun müddət evdən kənarda qalarkən zaryatka məsələsini əvvəlcədən düşünmək lazım gəlir. Bəzi modellərdə daşınan zaryatka qutusu bu problemi həll edir. Həmçinin daxili akkumulyatorun ömrü başa çatdıqda texniki xidmət tələb oluna bilər.

Batareyalı Eşitmə Cihazlarının Üstünlükləri
- Zaryatka gözləmək lazım deyil — batareya bitdikdə dərhal yenisi ilə əvəz edilir
- Səfərlər üçün praktikdir — elektrik enerjisindən asılı olmadan işləyir
- Müxtəlif qiymət seçimləri mövcuddur — büdcəyə uyğun model tapmaq asandır
- Bəzi istifadəçilər daha rahat hesab edir — zaryatka etməyi unutmaq ehtimalı olanlar üçün
Batareyalı cihazların əsas çatışmazlığı — batareyanın vaxtaşırı dəyişdirilməsidir. Xüsusilə kiçik batareyaları idarə etmək yaşlı istifadəçilər üçün çətin ola bilər. Eşitmə cihazı batareyaları haqqında düzgün saxlama və utilizasiya blogumuzu oxuyun.
“Doğru seçim yalnız cihazın şarjlı və ya batareyalı olması ilə bağlı deyil — eşitmə zəifliyinə, gündəlik istifadə ehtiyacına və büdcəyə uyğun seçimdir.”
Hansını Seçmək Lazımdır?
Seçim zamanı eşitmə zəifliyinin dərəcəsi, cihazın modeli, istifadəçinin gündəlik ehtiyacları, cihazdan istifadə rahatlığı və büdcə birlikdə nəzərə alınmalıdır.
- Eşitmə zəifliyinin dərəcəsi və növü — audiometriya nəticəsi
- Gündəlik həyat tərzi — səfər, iş, ev mühiti
- Əl-barmaq çevikliyi — kiçik batareyaları idarə etmə bacarığı
- Zaryatka imkanı — gecə zaryatka etmək mümkündürmü?
- Büdcə — şarjlı texnologiya bəzi modellərdə əlavə xərc yarada bilər
- Texnoloji ehtiyaclar — Bluetooth, telefon bağlantısı lazımdırmı?
Eşitmə cihazı seçimi haqqında daha ətraflı məlumat üçün qulaq aparatını mütəxəssisdən almağın önəmi blogumuzu oxuyun. Qulaq içi eşitmə cihazı haqqında da məlumat ala bilərsiniz.

Tez-tez Verilən Suallar
Şarjlı eşitmə cihazı daha yaxşıdır?+
Şarjlı eşitmə cihazı bir zaryatkada nə qədər işləyir?+
Batareyalı eşitmə cihazının batareyası nə qədər davam edir?+
Şarjlı cihazın akkumulyatoru köhnəlsə nə olur?+
Şarjlı cihazı unutsam, gündüz nə edim?+
Nəticə
Şarjlı və batareyalı eşitmə cihazları — hər ikisinin öz üstünlükləri var. Şarjlı cihaz gündəlik rahatlıq, batareyalı cihaz isə müstəqillik baxımından öndədir.
Əsas seçim meyarı texnologiya deyil — eşitmə zəifliyinin dərəcəsi, həyat tərzi, əl çevikliyi və büdcədir. Ən doğru seçim audiometriya testindən sonra mütəxəssisin tövsiyəsi ilə edilir.
Hansı eşitmə cihazının sizə uyğun olduğunu öyrənmək üçün Avis Eşitmə Mərkəzinə müraciət edin.
Bu mövzular da maraqınızı çəkə bilər
Signia IX — Süni İntellektli Eşitmə Cihazları
BaxımEşitmə Cihazı Batareyası — Saxlama və Utilizasiya
CihazlarQulaq İçi Eşitmə Cihazı — Kimə Uygundur?