Dinamiki qulaq içində olan eşitmə aparatı (RİC)

Daha kiçik və zərif görünüş, qısa səs yolu ilə daha az ötürmə itkisi; bir çox xüsusiyyətlərlə zəngin.

Zərif & kiçik dizayn Qısa səs yolu Filtrlə qorunan dinamik
RİC – əsas görüntü
RİC detal 1
RİC detal 2

Dinamiki qulaq içində yerləşən bu eşitmə cihazları, standart qulaq arxası modellərdən daha kiçik və daha zərif görüntülüdür, batareya müddəti də azdır. Buna baxmayaraq qulaq arxası modellər kimi bir çox xüsusiyyətə sahibdir.

Standart qulaq arxası eşitmə cihazları kimi bu cihazlar da qulaq arxasına rahatlıqla taxıla bilir. Bununla birlikdə, standart qulaq arxası eşitmə cihazlarından fərqli olaraq ,dinamiki və ya “qəbul edicisi” eşitmə cihazı korpusunun xaricində yerləşir. İnce bir kabelin ucundakı dinamik qulaq pərdəsinin önündə yerləşir və qulaq kiri dolmasın deyə filteri var, hansı ki tutulduqca vaxtaşırı dəyişilməlidir.

Eşitmə cihazından çıxan səsin qulağa çatması üçün daha qısa bir məsafə qət etməsi lazımdır. Beləliklə daha az ötürmə itkisiylə, üstün bir dinləmə qabiliyyəti təmin etmək üçün daha az səs enerjisi ve batareya gücü lazım olur. Yəni ən ağır dərəcəli eşitmə zəifliyi olan şəxslərdə səsi qulağa tam çatdırmaya bilər.

işitme cihazı örnek görsel

Qulaq arxası eşitmə aparatları özəllikləri nələrdir?

Qulaq arxası eşitmə cihazı modelləri bir-birilə uyğun işləyən bir neçə önəmli hissədən ibarətdir. Cihazın ən önəmli hissələrindən biri olan cihaz korpusu qulaq seyvanı ətrafındakı səsləri alaraq boru vasitəsi ilə qulağa ötürür. Səs ötürücülüyünü təmin etmək məqsədi daşıyan bu boru cihazı qulaq qəlibinə bağlayan elastik bir parçadır. Cihazın digər önəmli hissəsi isə səsi qulağa ötürən qulaq qəlibidir. İstifadəçidən alınan individual ölçü ilə şəxsə özəl olaraq hazırlanan qulaq qəlibi eşitmə cihazını qulağa tam olaraq oturmasını da təmin edir.

Günümüzdə müasir texnoloji xüsusiyyətləri olan ilə şarjlı qulaq arxası cihazlar da tapmaq mümkündür. Batareyalı cihazlarda batareyanın taxıldığı yer – batareya qapağı da mövcuddur. Şarjlı cihazlarda isə bu qapaq olmur, xüsusi şarj bağlantı nöqtələri yerləşir.

Qulaq arxası eşitmə aparatları avantajları nələrdir?

Qulaq arxası eşitmə cihazlarının ən önəmli müsbət cəhəti ; bütün eşitmə zəifliyi səviyyələrinə uyğun olmasıdır, qulaq arxası eşitmə cihazı istifadəsi və təmizlənməsi digər cihazlara nisbətən daha asandır. Uşaq və hərəkət bacarıgı zəif olan yaşlılar tərəfindən daha çox seçim edilməkdədir. Qulaq arxası eşitmə cihazları, qulaq kanalının açıq qalma ehtimalını təmin edir. Bu səbəblə, qulaq kiri daha çox ifraz edən şəxslərin qulaq arxası eşitmə cihazlarını seçməsi həm cihaz performansı həm də qulaq sağlamlığı baxımından doğru seçimdir.

Qulaq arxası eşitmə cihazları bir çox avantaja sahib olmaqla yanaşı bu cihazlar digər cihazlardan daha böyükdür və ətrafdakı külək səsi kimi səslərə qarşı daha həssas olabilər. Bununla yanaşı qulağın arxasına yerləşdirildikləri üçün eynək istifadə edən şəxslərdə narahatlıq yarada bilər. Bu səbəblə eşitmə cihazı tövsiyəsi üçün öncəliklə mütəxəssislə məsləhətləşmək önəmlidir. Cihaz seçimində günlük davranışlara və incə hərəki bacarıqlara uyğun seçimlərin edilməsi məsləhətdir.

Qulaq arxası eşitmə cihazı istifadəsi

Qulaq arxası eşitmə cihazları hər yaş qrupundan insanın istifadəsinə uyğun olan cihazlardır. Qulağın arxasına əl köməy ilə yerləşdirilən bu cihazlar ətrafdakı səsləri aldıqdan sonra elektrik siqnallarına çevirir, filtirləyir və səs halında qulağa ötürür. Bununla birlikdə cihazların uzun ömürlü olması üçün davamlı qulluq olunması önəmlidir. Qulaq qəlibinə bağlanan səs ötürücülüyünü təmin edən elastik boru bir müddət sona bərkiyə bilər. Mütəxəssislər 2-3 aydan bir boru sərtləşərsə onun yenisi ilə dəyişməsini tövsiyyə edir.