Eşidirəm, Amma Başa Düşmürəm — Bunun Səbəbi Nədir?

Eşidirəm, amma başa düşmürəm — bu şikayət çox insanın gündəlik həyatında tez-tez rast gəldiyi, lakin ciddi qəbul etmədiyi bir vəziyyətdir. Xüsusilə səs-küylü mühitdə, bir neçə nəfərin danışdığı zaman və ya televizora baxarkən bu problem daha çox nəzərə çarpır. İnsan “mən eşidirəm” deyə düşündüyü üçün eşitmə testi etdirməyi gecikdirir. Halbuki səsi eşitmək və danışığı düzgün anlamaq eyni şey deyil.

Eşidirəm, Amma Sözləri Niyə Ayırd Edə Bilmirəm?
Danışığı başa düşmək üçün qulağın səsi qəbul etməsi kifayət deyil. Səs qulaqdan daxil olduqdan sonra eşitmə siniri və beyindəki eşitmə yolları vasitəsilə emal olunur.
Bəzi insanlarda səslər eşidilir, lakin xüsusilə samit səsləri — “s”, “ş”, “f”, “t” kimi — ayırmaq çətinləşir. Nəticədə insan qarşısındakı şəxsdən tez-tez “təkrar edin” deməyə başlayır. Bəzən problem qulaqda yaranan iltihab, qulaq kiri və ya orta qulaqda maye kimi müvəqqəti səbəblərlə əlaqəli ola bilər. Digər hallarda isə səbəb daxili qulaq və ya eşitmə siniri mənşəli eşitmə zəifliyi ola bilər.
- Qulaqda iltihab və ya qulaq kiri yığılması
- Orta qulaqda maye toplanması
- Daxili qulaqla əlaqəli eşitmə zəifliyi
- Eşitmə siniri mənşəli problem
- Yaşla əlaqədar eşitmə dəyişiklikləri
İlk Olaraq Nə Etmək Lazımdır?
Əgər bu hal ara-sıra deyil, getdikcə daha çox təkrarlanırsa, problemi təxmin etməklə kifayətlənməmək lazımdır. İlk addım LOR həkimi və audioloq tərəfindən qiymətləndirilməkdir.
Eşitmə testi və audiometriya vasitəsilə eşitmənin hansı səviyyədə olduğu müəyyən edilir. Lazım gəldikdə timpanometriya kimi əlavə müayinələr də aparılır. Bu müayinələr problemin qulaq yolu, orta qulaq və ya daxili qulaqla əlaqəli olub-olmadığını müəyyənləşdirməyə kömək edir.
“Əgər qulaqda iltihab, qulaq kiri və ya orta qulaqda maye aşkarlanarsa, ilk növbədə həmin səbəb aradan qaldırılmalıdır. Belə vəziyyətdə dərhal eşitmə cihazına ehtiyac olmaya bilər.”

İltihab Yoxdursa — Sonrakı Addım Nədir?
Əgər qulaq həkimi müayinəsində iltihab və ya başqa müalicə tələb edən problem aşkarlanmayıbsa və aparılan eşitmə testi eşitmə zəifliyini göstərirsə, səbəb çox vaxt daxili qulaqla — yəni səsi qəbul edən sinir strukturları ilə — əlaqəli ola bilər.
Belə hallarda “onsuz da eşidirəm” deyərək müayinəni uzun müddət təxirə salmaq düzgün deyil. Çünki məqsəd yalnız səsi daha yüksək eşitmək deyil — danışığı daha aydın və rahat anlamağa kömək etməkdir.
Eşitmə Cihazı Nə Zaman Lazım Olur?
Eşitmə zəifliyinin dərəcəsi və növü müəyyən edildikdən sonra audioloq uyğun eşitmə cihazları barədə məsləhət verə bilər. Burada vacib məqam cihazı sadəcə modelinə görə seçməməkdir — hər insanın eşitmə səviyyəsi, gündəlik ünsiyyət mühiti və ehtiyacları fərqlidir.
- Audiometriya nəticəsinə əsaslanan eşitmə profili
- Gündəlik ünsiyyət mühiti — ev, iş, ictimai yerlər
- Danışığı anlama qabiliyyətinin qiymətləndirilməsi
- Fərdi rahatıq və estetik üstünlüklər
- Cihazın fərdi uyğunlaşdırılması
Müasir süni intellektli eşitmə cihazları səs-küyün idarə olunması və danışığın daha aydın eşidilməsinə kömək edən texnologiyalara malikdir. Qulaq içi eşitmə cihazı kimə uyğundur — bu blogumuzu da oxuyun.

Gecikdirmək Niyə Məsləhət Deyil?
İnsan eşitmə zəifliyinə uzun müddət alışdıqda, gündəlik ünsiyyətdə dodaqdan oxuma, söhbəti təxmin etmə və sözləri kontekstdən anlama kimi üsullardan daha çox istifadə etməyə başlayır. Bu isə yoruculuğa, sosial uzaqlaşmaya və zamanla koqnitiv zəifliyə yol aça bilər.
- Sözləri tez-tez təkrar etdirmək məcburiyyətindasınızsa
- Televizorun səsini əvvəlkindən daha çox artırırsınızsa
- Səs-küylü yerdə danışığı ayırd etmək çətinləşibsə
- Yaxınlarınız “səni çağırırıq, eşitmirsən” deyirlərsə
- Telefon danışıqlarında çətinlik yaşayırsınızsa
Eşitmə zəifliyinin digər risk faktorları haqqında şəkərli diabet və eşitmə zəifliyi blogumuzu da oxuya bilərsiniz.
Eşitmə testindən keçin
LOR həkimi və audioloq tərəfindən ətraflı eşitmə müayinəsi üçün bizimlə əlaqə saxlayın.
Tez-tez Verilən Suallar
Eşidirəm amma başa düşmürəm — bu normal bir şeydir? +
LOR həkiminə yoxsa audioloqa müraciət etməliyəm? +
Eşitmə testi ağrılıdırmı, nə qədər vaxt aparır? +
Danışığı anlamaqda çətinlik yaşayıram — mütləq eşitmə cihazı lazımdırmı? +
Bu problemi nə qədər erkən müalicə etmək lazımdır? +
Nəticə
“Eşidirəm, amma başa düşmürəm” şikayəti qulağın tam normal olduğu anlamına gəlmir. Problem sadə və müvəqqəti bir səbəbdən də yarana bilər — daxili qulaq və eşitmə siniri ilə əlaqəli də ola bilər.
Əsas məsələ səbəbi vaxtında müəyyən etməkdir. Bunun üçün əvvəlcə LOR həkimi müayinəsi, sonra audiometriya aparılmalı, nəticəyə uyğun müalicə və ya eşitmə dəstəyi seçilməlidir.
Gecikdirməyin — eşitmə testindən keçmək ilk addımdır.